Rusiya Müdafiə Nazirliyi noyabrın 7-də özünün dəniz piyadaları birliyinin böyük itkilər veridyi barədə iddiaları təkzib edib.
Nazirlik nadir hallarda belə təkziblə çıxış edir.
Müdafiə Nazirliyi bu bəyanatı ilə əslində bloggerlərin yaydığı xəbərə reaksiya verib.
Bloggerlər bildirirdilər ki, Rusiya Sakit Okean donanmasının 155-ci dəniz piyadaları əlahiddə qvardiya briqadasının əsgərləri açıq məktub yazıblar.
Buna da bax: İranda Azərbaycan vətəndaşları həbs olunubBu məktubda onlar generalların onları Donetskin cənub-qərbindəki Ukrayna qüvvələri üzərinə “lüzumsuz” hücuma göndərdiklərindən şikayət edirdilər.
Məktubda deyilirdi:
"Bizim “böyük generallarımızın” “ustalıqla” hazırladığı hücum nəticəsində 4 gün ərzində 300-dək əsgərimiz həlak olub, yaralanıb, itkin düşüb və biz texnikamızın yarısını itirmişik”.
Reuters yazır ki, Primorye diyarının qubernatoru Oleq Kojemyakoya ünvanlanmış bu məktubun mətni “Boz zona” adlı populyar hərbi bloqda dərc olunub.
Buna da bax: ‘Putinin aşpazı’ ABŞ-ın ‘ciyərini çıxardacağıq’ deyir“Bəli itkilər olub, amma...”
Kojemyako məktub aldığını təsdiqləyib, amma deyib ki, məktubda haqqında danışılan itkilər şişirdilib:
"Biz komandanlıqla əlaqə saxlamışıq. Bəli, orda itkilər olub, amma məktubda yazıldığı qədər yox”.
Rusiya Müdafiə Nazirliyinin bəyanatında dəniz piyadaları briqadasının “yüksək, mənasız canlı qüvvə və texnika” itkisi verildiyinə dair xəbər təkzib edilir.
Nazirlik bildirir ki, əksinə son 10 gündə Rusiya qüvvələri Ukraynanın müdafiə xətti istiqamətində 5 kilometr irəliləyə bilib.
"Birləşmə komandanlığının düşünülmüş hərəkətləri sayəsində hərbi birləşmənin itkiləri 1, yaralı sayı 7 faizdən çox olmayıb. Birləşmənin əhəmiyyətli hissəsi artıq xidmətə qayıdıb”.
Sizin brauzer HTML5-i dəstəkləmir
“Ortabab” generallar
Reuters yazır ki, nazirliyin çox nadir hallarda təkziblə çıxış etməsi nəzərə alınarsa, Ukraynadakı Rusiya qüvvələrinin çətinliklərlə üzləşdiyi hiss olunur.
Bu da qeyd olunur ki, bəzilərinin auditoriyası yarım milyon və daha çox olan Rusiya hərbi bloggerləri son vaxtlar Moskva generallarının uğursuzluqlarını daha tez-tez tənqid edirlər.
Dəniz piyadalarının müraciətində komandanlar adbaad sadalanır və “ortabab” adlandırılır.
Qeyd edilir ki, onlar insanlarla “ət kütləsi” kimi davranırlar.
Buna da bax: Ukraynaya müasir NASAMS və Apside sistemləri gətirilibKojemyako bildirib ki, əsgərlərin müraciəti ilə bağlı hərbi prokurorluğa təqdimat göndərib.
O deyib ki, müharibə şəraitində sosial mediada yayılan hər bir xəbər yoxlanmalıdır.