Tallində məhkəmə ikili Rusiya-Estonoya vətəndaşlığı olan şəxsi Ukraynadakı Rusiya ordusu üçün açıq şəkildə pul yığaraq dron aldığına görə məhkum edib.
İyulun 21-də Harju rayon məhkəməsi 43 yaşlı Vladimir Şilova cəza olaraq dörd aylıq həbs, daha səkkiz aylıq şərti cəza və dörd il sınaq müddəti kəsib. O, xarici ölkəyə təcavüzü dəstəkləməkdə təqsirli bilinib.
Məhkəmə Şilovla yanaşı daha iki təqsirləndiriləni – İlya və Ruslan Qolembovskini dronların alışını maliyyələşdirməkdə təqsirli bilib, hərəsinə dörd ay həbs, 20 aylıq sınaq müddəti təyin edib.
Buna da bax: Ukraynada elektrik stansiyasına hücumun dəf olunduğu deyilirŞilov mayın 28-də Estoniya-Rusiya sərhədini Ukraynadakı Rusiya silahlı qüvvələri üçün aldığı üç dronla keçərkən saxlanıb.
Rusiya fevralın 24-də Ukraynaya qarşı səbəbsiz işğala başlayandan sonra Şilov Prezident Vladimir Putini və müharibəni sosial şəbəkələrdə açıq dəstəkləyib, Rusiya əsgərləri üçün dron almaqdan ötrü onlayn ianə kampaniyası başladıb, bunu “əsgərlərimizə dəstək hərəkəti” adlandırıb.
Ukrayna və Avropa İttifaqının bir çox ölkələri Rusiyanın Ukraynaya qarşı təcavüzünə dəstəyi kriminallaşdırıb.