Avqustun 17-də Ermənistandakı Rusiya səfirliyi məlumat yayaraq “Surmalu” ticarət mərkəzində faciəyə Rusiya strukturlarının bağlı olmasına dair yerli informasiya məkanında yayılan məlumatlardan hiddətini bildirib.
Avqustun 14-də “Surmalu”dakı partlayış və yanğında 16 nəfər həlak olub, azı 60 nəfər xəsarət alıb.
Bəyanatda Rusiya strukturlarının ünvanına hörmətsiz və yalan ittihamlar səsləndiyi vurğulanır.
Buna da bax: Yerevanda partlayışda ölənlərin sayı 16-ya çatıbKonkret bəyanat, yaxud onun müəlliflərini göstərməyən diplomatik missiya bildirir ki, bunu “belə iftiraların arxasında duran siyasi qüvvələrin, Rusiya-Ermənistan müttəfiqlik əlaqələrinə zərbə vurmağı həfəfləyən birbaşa provokasiyası” hesab edir.
Səfirlik Ermənistan hökumətindən “oxşar qeyri-dost hərəkətlərin aradan qaldırılması üçün addımlar atmasını, o cümlədən gərəkən ictimai şərhlərin verilməsini gözləyir”. Notanın Ermənistan Xarici İşlər Nazirliyinə göndərildiyi qeyd edilir.
Məlumatda o da vurğulanır ki, Rusiya tərəfi, Rusiya-Ermənistan Humanitar Reaksiya Mərkəzinin timsalında ilk dəqiqələrdən faciənin nəticələrinin aradan qaldırılması işinə cəlb olunub.
Ticarət mərkəzindəki partlayışda 2 nəfərin itkin düşdüyü bildirilir.