Son bir sutka ərzində Rusiyanın müxtəlif şəhərlərindəki hərbi komissarlıqların yandırılmasına 10-dan çox cəhd göstərilib.
Hərbi komissarlıqların yandırılmasına Sankt Peterburq, Kazan, Omsk, Kaluqa, Mojaysk, Podolsk (iki cəhd), Verxneuralsk (Çelyabinsk vilayəti), Rossoşi (Voronej vilayəti), Volsk (Saratov vilayəti), Kopeysk (Çelyabinsk vilayəti) şəhərlərində və Aginsk qəsəbəsində (Baykalaraxası diyarı) cəhdlər edilib.
Bu barədə məlumatı Baza, Sota, Astra teleqram kanalları və Mediazona saytı verir.
Təkcə iyulun 31-də 12 yanğın törədilməsi cəhdi göstərilib.
Baza kanalının yazdığına görə saxlananların hamısı bu işə telefon dələduzları tərəfindən təhrik olunduqlarını bildiriblər.
Əksər hallarda yanğın törətmək cəhdini qadınlar göstərib. Siyasi tələblərin olması barədə heç nə deyilmir.
Buna da bax: Moskvaya yenə dron hücumu olubƏsasən qadınlar
Məsələn avqustun 1-ə keçən gecə Kopeyskdə hərbi komissarlığın binasına içində yandırıcı olan butulkanı Çelyabinsk metal konstruksiyaları zavodunun 54 yaşlı qadın işçisi atıb.
Kaluqa və Kazanda 78 və 62 yaşlı pensiyaçı qadınlar yerli hərbi komissarlığı yandırmağa cəhd göstəriblər.
Voronej vilayətində üstündə molotov kokteyli ilə tarix müəlliməsi tutulub.
O iddia edib ki, ona Mərkəzi Bankın əməkdaşları kimi təqdim olunan şəxslər zəng ediblər və onun adına kredit hazırlandığına deyiblər. Daha sonra isə ona özlərini hüquq-mühafizə orqanlarının əməkdaşları kimi təqdim edən şəxslər zəng edərək hərbi komissarlığı yandırmağı tapşırıblar. Onların sözlərinə görə komissarlıqda dələduz gizlənmişdi.
Aginskdə hərbi komissarlığı yandırmağa cəhd edərkən 17 yaşlı qızı saxlayıblar. O iddia edib ki, ona telefonla hərbi komissarlıqda Ukrayna casusunun işlədiyini və müharibə iştirakçıları barədə məlumatları Kiyevə ötürdüyünü bildiriblər.
Ötən gecə Sankt Peterburqda hərbi komissarlığın qapısına yandırıcı butulka atılması barədə məlumatla bağlı polis hadisə yerini dövrəyə alıb.
Avqustun 1-də Kronştatdakı hərbi komissarlığın yaxınlığında əlində iki şüşə yandırıcı olan 53 yaşlı qadın saxlanıb. Mash teleqram kanalının yazdığına görə qadın əvvəlcədən hərbi komissarlıqda olanlara yaxınlaşaraq yanğın olacağı barədə xəbərdarlıq edirmiş.
Buna da bax: 'Rusiya olan yerdə sülhdən danışmaq mümkün deyil'Müharibə başlanandan
Rusiyanın Ukraynaya qarşı səbəsiz və əsassız müdaxiləsi başlanandan bəri Rusiya boyunca hərbi komissarlıqların, Vahid Rusiya partiyası yerli şöbələri qəbul otaqlarının və yerli inzibati binaların kütləvi yandırılması hadisələri baş verir.
Bu da qeyd olunur ki, səfərbərlik elan ediləndən sonra belə hadisələrin sayı kəskin artıb.
Sözü gedən hadisələr zamanı ölən və xəsarət alan olmayıb. Bundan əvvəl belə hadisələrlə bağlı “başqasının əmlakına ziyan vurulması” və xuliqanlıq ittihamları əsasında cinayət işləri açılırdı.
Mediazona xəbər verir ki, ümumiyyətlə hərbi komissarlıqların yandırılması ilə bağlı indiyədək 102 nəfər saxlanıb.
Bu da qeyd olunur ki, son vaxtlar hərbi komissarlıqlara od vurmaq cəhdlərinə görə diversiya və terror aktı ittihamları irəli sürür.
Bu maddələr üzrə ömürlük həbs cəzasınadək müxtəlif ağır cəzalar nəzərdə tutulur.