İlk Rusiya gəmisi işğal altında olan Mariupol limamnına daxil olub. Verilən məlumata görə, hazırda gəmiyə metal yüklənilir və gəmi bazar ertəsi Rostov-na-Dona getməlidir. Ukrayna hakimiyyəti bunu talan və quldurluq adlandırıb. Rusiya mətbuatı adı açıqlanmayan gəminin gəlişi barədə yazır. Rəsmi Kiyev faktı təsdiqləyib.
Ukraynanın ən böyük polad istehsalçısı Metinvest bundan əvvəl Mariupol limanında müharibədən əvvəl on minlərlə ton poladla yüklənmiş beş gəminin olduğunu bildirib. Şirkət hesab edir ki, Rusiya bu gəmiləri ələ keçirməyə və onları yüklə birlikdə qeyri-qanuni olaraq limandan çıxarmağa cəhd edə bilər ki, bu da talan və quldurluq aktı hesab olunacaq.
Buna da bax: 'Mən sabah hər şeyin Ukraynanın sürətli qələbəsilə bitəcəyi eyforiyasına şərik deyiləm'Rusiya mətbuatı iddia edir ki, gəminin metal daşıması xüsusi əməliyyatdan əvvəl bağlanmış müqavilələrə uyğun olaraq həyata keçirilir.
Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Müvəkkili Lyudmila Denisova öz Telegram kanalında gəminin 3 min ton metal məmulatı götürəcəyini yazıb. Ümumilikdə, onun mesajından belə çıxır ki, işğaldan əvvəl Mariupol limanının ərazisində 170 milyon dollar dəyərində 200 min ton metal yığılıb.
Mayın 26-da Rusiya hərbi komandanlığı Mariupol limanının akvatoriyasının minalardan və batmış gəmilərdən tam təmizlənməsi barədə məlumat verib. Müharibə zamanı rus qoşunları Berdyansk və Mariupol limanlarına nəzarəti ələ keçirərək Ukraynanın Azov dənizinə bağlayıb.
Buna da bax: Makron və Şoltzla danışan Putin Ukrayna taxılının ixracı ilə bağlı şərt irəli sürüb...Ukraynanın nəzarətində qalan Qara dəniz sahilləri indi Rusiya donanması tərəfindən bağlanıb və bu, artıq Ukrayna limanlarından taxıl ixrac edə bilmədiyi üçün dünyada ərzaq qiymətlərinin artmasına səbəb olub.