Dmitri Medvedev Moskvanın nüvə silahından istifadə etməsinin dörd səbəbini sadalayır.
Rusiya Federasiyası Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev Sputnik Radiosuna müsahibəsində bildirib ki, Rusiya bir sıra hallarda nüvə silahından istifadə edə bilər. Amma o, dərhal da bildirb ki, Ukrayna ilə danışıqlara ümid edir.
Medvedev Moskvanın nüvə silahından istifadə etməsinin dörd səbəbini sadalayıb:
-nüvə silahından istifadə olunmaqla Rusiyaya raket hücumu,
-Rusiya Federasiyasına və ya onun müttəfiqlərinə qarşı nüvə silahının digər istifadəsi,
-ölkənin kritik infrastrukturuna müdaxilə,
-Rusiya Federasiyasına və onun müttəfiqlərinə qarşı ölkənin mövcudluğuna təhlükə yaradan təcavüz aktı olarsa
Sizin brauzer HTML5-i dəstəkləmir
Medvedev deyib ki, ona sual verildiyi üçün bu məsələdən danışır:
" Aydındır ki, biz ən çətin situasiyalarda, məsələn, hazırda Ukrayna ətrafında inkişaf etməkdə olan hadisələrlə bağlı danışıqlar, diplomatik səylərdən çıxış edirik- bütün hallarda bu ən yaxşı və ən doğru yoldur" -Medvedyev əlavə edib.
Buna da bax: Kiyev ətrafında Ukrayna qoşunlarının irəlilədiyi xəbər verilir