Rusiyanın İrkutsk vilayətində hərbi təyyarə ikimərtəbəli evə çırpılıb.
Bu haqdaRusiyanınTASS agentliyi İrkutsk qubernatoruna istinadən xəbər verir.
Qəzaya uğrayan Su-30 təyyarəsı sınaq uçuşu edirmiş.
Buna da bax: Azərbaycan şahmatı tarixində ilk dəfə bir dünya çempionatında iki qızılYerli mətbuatın yazdığına görə, hər iki pilot ölüb. Onların hələ havada ikən kabinədə boğulduqları ehtimal olunur.
Hərəkətsiz olduqları iddia edilən pilotları qəzadan az əvvəl ikinci Su-30-un ekipajı görüb. Hələlik xəsarət alanlar və yerdə ölənlər barədə heç bir məlumat yoxdur.
Pilotların ölümünü Rusiyanın İstintaq Komitəsi də təsdiqləyib. Faktla bağlı cinayət işi başlanıb.
Buna da bax: 'Motor Sich'in prezidenti Rusiyayla əməkdaşlıqda şübhəli bilinərək saxlandıQubernator Kobzev, zərər çəkmiş evin, iki ailəyə məxsus fərdi, taxta ev olduğunu deyir.
Rayon Fövqəladə Hallar Nazirliyi məlumatına görə, təxminən 200 kvadratmetrə yaxın sahə yanıb.
Yanğın söndürənlər və xilasedici qüvvələr hadisə yerində iş aparırlar.
Məlumata gör, bu qəzadan sonra İrkutskda 150-yə yaxın ev işıqsız qalıb.
Buna da bax: Rusiyada qırıcı təyyarə yaşayış binasına çırpılıb, 13 nəfər ölübBu, bir həftə ərzində Rusiyada yaşayış massivində qəzaya düşən ikinci hərbi təyyarədir.
Oktyabrın 17-də Eyskdə Su-34 təyyarəsinin binaya çırpılması nəticəsində 15 nəfər ölub.