Rusiya ilə Sudan Qırmızı dənizdə hərbi baza yaratmaqla bağlı razılığa gəliblər.
Belə bir razılaşmanın Rusiyanın xarici işlər nazirinin Xartuma səfəri zamanı əldə olunduğu bildirilir.
Associated Press öz mənbələrinə istinadla tərəflərin sövdələşmə ilə bağlı bütün narahatlıqların aradan qaldırıldığını yazır.
Buna da bax: CNN: Rusiya Sudandan gizli şəkildə qızıl daşıyırRazılaşma Port Sudanda yaradılacaq hərbi bazada 300 Rusiya dənizçisinin və nüvə mühərrikli gəmilər də daxil olmaqla 4-ə qədər gəminin yerləşəcəyini nəzərdə tutur.
Müqavilə 10 il müddətinə uzadılma imkanı ilə 25 il müddətinə bağlanır.
Bununla Hind okeanına sürətli çıxış əldə edən Rusiya əvəzində Sudanı silahla təmin edəcək.
Sudan Rusiyanın Krımı ilhaqını tanıyan azsaylı ölkələrdən biridir.
Moskva və Xartumun Sudanın Qırmızı dəniz sahilində Hərbi Dəniz Qüvvələri üçün logistika mərkəzinin yaradılması haqqında saziş imzalaması faktı 2020-ci ilin dekabrında məlum olub.
Buna da bax: Liviyadakı Rusiya muzdluları ilə bağlı yeni araşdırmaABŞ-ın məlumatına görə, PMC Wagner-dən olan rus muzdluları Ukrayna ilə müharibəni maliyyələşdirmək üçün Sudan və digər Afrika ölkələrində təbii ehtiyatların istismarı ilə məşğuldur. Moskva isə bu ittihamları rədd edir.