Rusiya Suriyadan Ukraynaya S-300 hava hücumundan müdafiə sistemini və 1000-dən çox hərbçisini gətirib.
Bunu The New York Times qəzeti Yaxın Şərqdəki üç mənbəyə - iki Qərb diplomatına və bir İsrail hərbçisinə istinadən yazıb.
Rusiya qüvvələri hava hücumundan müdafiə üçün nəzərdə tutulmuş S-300 sistemlərindən Ukraynada yerüstü hədəfləri vurmaq üçün istifadə edir.
Ekspertlər bunu Rusiyanın başqa raketlərinin tükənməkdə olması ilə izah edirlər.
Buna da bax: ABŞ: İranlılar Krımda Rusiya ordusuna birbaşa kömək edirlərS-300-dən top kimi istifadə etmək
Yeri gəlmişkən Rusiya oktyabrın 10-dan başlayaraq Ukraynanın infrastruktur və enerji obyektlərinin vurulması üçün həm də bu sistemlərdən istifadə edib.
Qəzet yazır ki, S-300 sisteminin Suriyadan çıxarılması İsrailin Ukrayna məsələsindəki mövqeyinə təsir göstərə bilər.
Mənbələr İsrailin Ukraynaya silahlar verməkdən imtina etməsini onun İsrail təyyarələrinin Suriyada Rusiyanın S-300-ləri ilə vurula biləcəyindən ehtiyat etməsi ilə izah edirdilər.
İsrailin digər narahatlığı Rusiyanın İsrail vətəndaşlarının ölkədən çıxışına mane ola biləcəyindəndir.
Sizin brauzer HTML5-i dəstəkləmir
Minlərlə əsgər
The New York Times qəzetinin iki mənbəyi habelə iddia edir ki, Rusiya Suriyadan Ukraynaya iki batalyon (1200-1600 həbçi) göndərib.
Mənbələrdən biri əslində daha çox əsgər göndərildiyini bildirib.
Qəzet yazır ki, Suriyadan Ukraynaya bir neçə komandir də göndərilib və Rusiya hazırda Suriyada gündəlik əməliyyatlara və İsraillə koordinasiyaya o qədər də diqqət yetirmir.
Buna da bax: Oğullarını gizlətməyə çalışan belaruslu analarRusiya və İsrail qərargahları arasında 2018-ci ildən bəri qapalı qaynar əlaqə xətti mövcuddur.
2018-ci ildə Suriya hava hücumundan müdafiə qüvvələri səhv edərək İsrail təyyarəsinin əvəzinə Rusiya təyyarəsini vurmuşdu. Qaynar xətt bu insidentdən sonra açılmışdı.
İsrail tərəfi Rusiya ilə bu qaynar xəttin bağlanmasında maraqlı deyil.
Buna da bax: Avropadan Gürcüstana, Ermənistana sanksiya gələ bilərmiUkrayna vurulmuş İran dronlarını İsrail və ABŞ-a verir
İsrailin müdafiə naziri Benni Qantz oktyabrın 19-da bildirmişdi ki, onun ölkəsi Ukraynaya hava hücumundan müdafiə sistemləri verməyəcək.
Amma The New York Times yazır ki, İsrail Ukrayna Silahlı Qüvvələrinə başqa şəkildə kömək edir.
Məsələn İsrail Ukraynaya İran istehsalı olan Şahed-136 dronları barədə məlumat verir.
Sizin brauzer HTML5-i dəstəkləmir
Rusiya hazırda Ukrayna şəhərlərini və enerji qurğularını bu dronlarla bombardman edir.
Qəzetin yazdığına görə Ukrayna İsrailə vurduğu dronların hissələrini ötürür. Bu qırıntıların öyrənilməsi Ukraynaya dronlarla mübarizədə kömək edə bilər.
The Washington Post qəzeti isə yazıb ki, Ukrayna Şahed-136 dronlarının qırıntılarını eyni məqsədlə ABŞ-a da ötürür.