Rusiya Krasnodar diyarındakı Taman portundan maye qazın tankerlərə doldurulmasını dayandıracaq.
Bu barədə məlumatı mənbələrə istinadla Reuters agentliyi verib.
Rusiyanın bu limanından onun bütün karbohidrogen xammalının 7.5, Qazaxıstan xammalının isə 20 faizi ixrac olunur.
Rusiya və Qazaxıstan dəmiryolçuları Taman istiqamətində dəmir yolu daşımalarının məhdudlaşdırılması barədə razılığa gəliblər.
Buna da bax: Paşinyan: 'Biz Ukrayna müharibəsində Rusiyanın müttəfiqi deyilik'İxracın istiqaməti dəyişdiriləcək
Agentliyin mənbələri bildirirlər ki, Tamandan maye qazın yüklənməsinin dayandırılması qərarı mayın 31-də Afip və İlyinsk neft emalı zavodlarına dron hücumundan sonra qəbul edilib.
Bu da vurğulanır ki, maye qaz partlayış baxımından ən təhlükəli yükdür.
Bazar iştirakçıları maye qazın tankerlərə doldurulmasını qeyri-müəyyən zamanadək dayandırıblar və ixrac üçün başqa marşrutlar axtarırlar.
Ehtimal olunur ki, Rusiyanın maye qazı Polşaya, daxili bazara və Çinə istiqamətləndirilə bilər.
Rusiya hakimiyyəti və Taman limanındakı şirkətlərin nümayəndələri xəbəri şərh etməkdən imtina ediblər.
Bu da qeyd olunur ki, Moskvanın Ukraynaya əsassız və səbəbsiz müdaxiləsindən sonra Rusiyada, habelə ilhaq edilmiş Krımdakı neft emalı zavodları və neft anbarları dəfələrlə dron hücumlarına məruz qalıb.
Buna da bax: Hesabat: Moskva kənarındakı daşınmaz əmlak Putinin ailəsinə bağlıdırRusiya öz sərhədlərini qorumaq məcburiyyətindədir
Bu arada Rusiyanın Smolensk, Bryansk, Kursk və Belqorod vilayətlərinin qubernatorları onların tabeliyində olan ərazilərin gecə hücumlarına məruz qaldığını deyirlər.
Ukrayna silahlı qüvvələrinin baş qərargahı bildirir ki, Rusiya komandanlığı ali hərbi məktəblərin kursantlarını sərhədlərin mühafizəsinə cəlb edir.
Məlumatda iddia olunur ki, məsələn 200 kursant təlim adı ilə “qərb sərhədlərinə” göndərilib.
Bu xəbəri müstəqil şəkildə təsdiq etmək mümkün deyil.
Bundan əvvəl hərbi ekspertlər bildirirdilər ki, Ukraynanın tərəfində vuruşan Rusiya Könüllü Korpusunun Belqorod vilayətinə hücumları Rusiya komandanlığını buranın müdafiəsi üçün Ukraynada cəbhə xəttinin başqa yerlərindəki qüvvələrini oradan çıxarmağa məcbur edə bilər.
Son xəbərlərdə deyilir ki, Ukraynanın Rusiyanın işğalı altında olan Berdyansk portunda güclü partlayışlar baş verir.
Bura Ukrayna ordusunun raket zərbələri endirdiyi deyilir.