Rusiyada qırıcı təyyarə yaşayış binasına çırpılıb, 13 nəfər ölüb

Hadisə yeri

Yerli sakinlərin sosial mediada yazdığına görə, partlayış səsləri təyyarə binaya çırpılıb alışandan sonra eşidilib

Su-34 qırıcısının Yeyskdə yaşayış binasına çırpılması nəticəsindən ölənlərin sayı 13-ə çatıb. Bir versiyaya görə, təyyarə Ukraynaya döyüş tapşırığının icrasına göndərilibmiş.

+++

Rusiyanın Yeysk şəhərində qırıcı təyyarənin yaşayış binasına çırpılması azı 4 nəfər həlak olub, altı nəfər itkin düşüb. Binada yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin oktyabrın 17-də axşama olan məlumatına görə, dörd nəfər ölüb, 25 nəfər xəsarət alıb, altı nəfər itkin düşüb. “Sota” onlayn qəzeti isə daha öncə altı nəfərin öldüyünü, 27 nəfərin yaralandığını, qurbanlar arasında uşaqların da olduğunu yazıb.

Yeysk cənub-qərbi Krasnodar diyarında, Ukraynanın ilhaq olunmuş Krım vilayətilə sərhəddə yerləşir.

Buna da bax: Rusiya poliqonunda atışmanın dini zəmində baş verdiyi deyilir

Hadisə necə baş verib

Rusiyanın Müdafiə Nazirliyi qəzanın baş verdiyini təsdiqləyib, pilotların katapult olduğunu bildirib. Qəzanın səbəbi kimi təyyarənin mühərriklərinin birində yanğın göstərilir.

“Suxoy Su-34 təyyarəsinin qəzaya düşdüyü ərazidə, yaşayış binası ərazisində təyyarənin yanacağı alışıb”, – məlumatda deyilir.

Yerli sakinlərin sosial mediada yazdığına görə, partlayış səsləri təyyarə binaya çırpılıb alışandan sonra eşidilib, bu isə təyyarədəki sursatın partlamasının əlaməti ola bilər.

Sosial mediada yayılan videolarda da partlayışın qəzadan sonra baş verdiyi, yaşayış binasının böyük bir hissəsinin alovlandığı görünür. Ancaq videoların həqiqiliyini təsdiqlətmək mümkün olmayıb.

Sizin brauzer HTML5-i dəstəkləmir

Bakıya qaçan ruslar: 'Gördük hamını müharibəyə aparırlar'

Binanın beş mərtəbəsi yanıb

Rusiyanın dövlət xəbər agentliklərinin fövqəladə xidmətlərə istinadla yaydığı məlumata görə, alov dalğaları doqquz mərtəbəli binanın beş mərtəbəsini əhatələyib.

Vilayət qubernatoru Veneamin Kondratyev Telegram-da yazıb ki, regiondakı yanğın və xilasetmə birliklərinin hamısı yanğının söndürülməsinə cəlb olunub.

İlkin informasiyaya görə, 17 mənzilə ziyan dəyib.

Rusiya Prezidenti Vladimir Putin qurbanlara gərəkən yardımı göstərmək əmri verib. İstintaq Komitəsi cinayət işi açıb, hadisə yerinə müstəntiqlər göndərilib.