Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) bu il Rusiya və Ukrayna iqtisadiyyatlarının uyğun olaraq 10 və 20 faiz azalacağını bildirir. İki ölkə arasındakı müharibə son yarım əsrin “ən böyük təchizat zənciri şoku”na səbəb olub, bank qeyd edir.
Sizin brauzer HTML5-i dəstəkləmir
Müharibədən öncəki proqnoz
Londonda yerləşən bank ötən ay Rusiya Ukraynaya hücum edəndən bəri iqtisadi proqnozunu yeniləyən ilk beynəlxalq maliyyə qurumudur.
Fevralın 24-də müharibə başlamazdan öncə AYİB Ukrayna üçün 3.5 faiz, Rusiyada 3.0 faiz artım proqnozlaşdırırdı.
AYİB-in martın 31-də bildirdiyinə görə, son proqnozlar “bir neçə aya atəşkəsin əldə olunacağı, bundan sonra tezliklə Ukraynada böyük yenidənqurma işləri başlanacağı ehtimalına əsaslanır”.
Bu halda Ukraynada 23 faizlik artım proznoqlaşdırılır.
Buna da bax: ABŞ kəşfiyyatı: Həqiqəti Putindən gizlədirlərDurğunluq ili
Ancaq Qərbin Rusiyaya ağır iqtisadi sanksiyaları artımın sıfırlanacağı deməkdir.
“Proqnozlaşdırılan gələcəkdə Rusiyaya sanksiyalar qüvvədə qalacaq, Rusiya iqtisadiyyatı 2023-cü ildə durğunluq keçirəcək. Bunun mənfi nəticələri Şərqi Avropa, Qafqaz və Orta Asiyada bir sıra ölkələrdə hiss olunacaq”, – AYİB vurğulayır.
Buna da bax: ABŞ Ukraynada 10 mindən çox rusiyalı hərbçinin öldürüldüyünü deyirMünaqişədəki roluna görə Qərbin sanksiyaları ilə üzləşmiş Belarusda isə bu il 3 faiz azalma, gələn il durğunluq gözlənir.
AYİB 1991-ci ildə, keçmiş sovet ölkələrinin azad bazar iqtisadiyyatına keçidinə kömək məqsədilə yaradılıb. Sonradan bank genişlənərək Yaxın Şərq və Şimali Afrikanı da əhatələyib.