Rusiyada müdafiə nazirinin daha bir keçmiş müavini – ordu generalı Dmitri Bulqakov saxlanıb.
Rusiya İstintaq Komitəsindən bildirilər ki, o korrupsiya işi üzrə araşdırılır.
Məhkəmə keçmiş nazir müavini barədə həbs qətimkan tədbiri seçib. TASS agentliyinin məlumatına görə general Moskvadakı Butırka təcridxanasında saxlanır.
RIA Novosti agentliyinin məlumatına görə Bulqakova qarşı iş Rusiya ordusunun şişirdilmiş qiymətlərə alınan ərzaq məhsulları ilə təchizatı ilə bağlıdır.
Bu da deyilir ki, sözü gedən əməllər Rusiyanın Ukraynaya müdaxiləsindən sonra da davam edib.
Buna da bax: Avropa Rusiyanın dondurulmuş pullarından Ukraynaya 1.5 milyard avro veriləcəyini bəyan edibQızının mənfəətdar olduğu deyilir
TASS istintaq materiallarına istinadla xəbər verir ki, Bulqakov xidməti agentlikdən istifadə olunmaqla “Qryazinski yeyinti kombinatının” maraqlarını müdafiə edib.
“Metla” saytının məlumatında deyilir ki, hərbçilərin ərzaqla təchiz olunması prosesində onun qızı Marina Meşkova və onun biznes partnyorları mənfəətdar olublar. General habelə xüsusilə böyük məbləğdə israfçılıqda ittiham edilir.
TASS bunu da qeyd edir ki, Bulqakov 2024-cü ildə açılmış iş üzrə şübhəli qismində keçir. Bu iş üzrə “Qryazinski yeyeinti kombinatının” üç keçmiş direktoru – Aleksandr Mixalenko, Valeriya Kovaleviç və Elvira Smirnova həbs olunublar.
Bulqakov Müdafiə Nazirliyində ordunun maddi-texniki təchizatına başçılıq edirdi. O bu vəzifədə 2008-ci ilin dekabrından 2022-ci ilin sentyabrınadək çalışıb. 2016-cı ildə Rusiya Qəhrəmanı adı ilə təltif olunub.
Buna da bax: Rusiyada YouTube videolarının sürətini azaldacaqlarBaşqa korrupsiya işləri
Bundan əvvəl xüsusilə böyük məbləğdə rüşvət ittihamı ilə müdafiə nazirinin müavini Timur İvanov və nazirliyin baş kadrlar idarəsinin rəisi Yuri Kuznetsov həbs olunublar.
May ayında isə Rusiya Baş Qərargah rəisinin müavini Vadim Şamarin və nazirliyin müdafiə sifarişləri departamentinin rəisi Vladimir Vertelitskinin həbsləri barədə xəbərlər yayılıb.
İstintaq Şamarini xüsusilə böyük məbləğdə rüşvət almaqda şübhəli bilir.
Mayın 17-də habelə Rusiya 58-ci ümumqoşun ordusunun komandanı, general-mayor İqor Popov böyük məbləğdə dələduzluq ittihamı ilə saxlanmışdı.
İstintaqın versiyasına görə Popov Ukraynada – Zaporojye istiqamətində müdafiə xəttinin tikintisində istifadə olunmalı 1700 ton metalı oğurlamışdı.
Lakin iyul ayının ortalarında məhkəmə Popovu istintaqın vəsatəti ilə ev məhbusluğuna buraxıb.