Rusiyanın Roskomnadzor dövlət qurumu ölkə ərazisində Signal messencerinə girişin məhdudlaşdırıldığını bəyan edib.
Qurum bu qərarı “terrorçuluq və və ekstremizmə qarşı qanunvericiliyin tələblərinin pozulması” ilə izah edib.
Bundan əvvəl, avqustun 9-da Rusiya istifadəçiləri Signal messencerinin işində yaranmış problemlərdən şikayət edirdilər.
Hazırda VPN xidməti olmadan messencerə daxil olmaq mümkün deyil. Bu barədə “Vajnıye istorii” saytı Downradar servisinə istinadla xəbər verib.
Messencerin işindən ən çox şikayətlər Moskva, Peterburq, Krasnodar diyarı, Nijeqorod, Samara, Novosibirsk və Sverdlovsk vilayətlərinin sakinlərindən gəlir
Kibertəhlükəsizlik ekspertləri hesab edirlər ki, Signal ən etibarlı messencerdir, belə ki, ikitərəfli şifrələmədən istifadə edir.
Buna da bax: Vladimir Putinin 25 illik hakimiyyətinin ölümcül dönüş nöqtələriBundan bir gün əvvəl YouTube
Bundan bir gün əvvəl Rusiya ərazisində YouTube video platformasının açılmadığına dair xəbərlər gəlirdi. Minlərlə istifadəçidən şikayətlərin daxil olduğu bildirilirdi.
Downdetector saytının məlumatına görə şikayətlər Kalininqraddan tutmuş Vladivostokadək bütün Rusiya ərazisini əhatə edirdi.
Ən çox şikayətlərin əhalinin sıx yaşadığı şəhərlərdən – Moskva, Peterburq və Yekaterinburqdan gəldiyi xəbər verilirdi.
İyulun ortalarında Rusiyanın Rostelekom qurumu xəbərdarlıq etmişdi ki, YouTube “Google-un Rusiyadakı serverlərinin köhnəlməsinə görə” pis işləyə bilər.
Lakin Google korporasiyası tez bir zamanda bu iddiaları rədd edib və bildirib ki, Rusiyada yaranmış problemlə heç bir bağlılığı yoxdur.
İyulun sonlarında Rusiya Dövlət Dumasının hakim “Vahid Rusiya” partiyasından deputatı Aleksandr Xinşteyn demişdi ki, apardığı “anti-Rusiya siyasətinə” görə YouTube xidmətinin sürəti 70 faiz azaldıla bilər.
O əlavə etmişdi ki, bu, “məcburi” addımdır və yalnız stasionar kompüterləri təsirləndirəcək.
Buna baxmayaraq YouTube mobil telefonlarda da yüklənmir.