Perm şəhərində üç rusiyalı fəal “Rusiya Federasiyasının silahlı qüvvələrini nüfuzdan salmaq”da ittiham olunub. Onlar Moskvanın ötən ay Ukraynaya qarşı başlatdığı müharibəni işıqlandırmış onlayn qəzetin surətini çıxarıb paylayandan sonra bu ittihamla üzləşiblər.
Buna da bax: Bayden Putinin mühakiməsinə çağırır (Video)“Müdafiə Nazirliyinin vebsaytından da informasiya vardı”
Fəallardan biri Olqa Turpanova aprelin 3-də AzadlıqRadiosu-na deyib ki, bir gün öncə iki başqa fəalla birlikdə qısa müddətə saxlanıb. Onlar “Zvezda” onlayn dərgisinin “Vestnik Zvezdı” xəbər bülletenini evdə çapdan çıxarıb yayırmışlar.
“Bizi qəzeti şəhər mərkəzinsə paylayanda saxladılar. Qəzetdə Ukraynadakı xüsusi əməliyyat haqda rəsmi informasiya, o cümlədən Müdafiə Nazirliyinin vebsaytından götürülmüş informasiya vardı”, – deyən Turpanova onlara ittiham irəli sürüləndən sonra buraxıldıqlarını söyləyib.
O, hər üç fəalın ittihamı rədd etdiyini vurğulayıb.
Sizin brauzer HTML5-i dəstəkləmir
“Zvezda” da bloklanıb
Rusiya fevralın 24-də Ukraynaya qarşı müharibə başlayandan “Roskomnadzor” media tənzimləyici orqanı müharibə haqda informasiyaya çıxışı məhdudlaşdırıb. Qurum “müharibə”, yaxud “işğal” sözünü yasaqlayıb, “xüsusi hərbi əməliyyat” termini işlədir.
Martın 3-də Prezident Vladimir Putin Rusiya ordusu barədə “qəsdən saxta xəbər” yaymağa görə 15 ilədək həbs cəzası nəzərdə tutan qanunu imzalayıb.
Buna da bax: Rusiyalı əsgərlər Ukrayna qənimətlərini Belarusda satırlarBundan sonra Rusiyada bir sıra media orqanları fəaliyyəti dayandırıb. Kreml isə çoxsaylı xarici media orqanını bloklayıb.
“Zvezda” ötən həftə bildirib ki, hər cümə günü A4 formatında bülleten buraxacaq, adamlar onu çap edib qohumları, dostları arasında yaya bilərlər.
Martın əvvəlində “Zvezda”nın vebsaytı Roskomnadzor-un xahişilə bloklanıb. Bundan sonra onlayn dərgi materiallarını sosial media şəbəkələrində yaymağa başlayıb.