Ukraynadakı müharibədə iştirak edəndən sonra ölkəsinin bu ölkəyə əsassız təcavüzünü pisləyən desantçı Rusiyadan qaçıb.
Fransada işləyən insan haqları fəalı Vladimir Oseçkin avqustun 17-də deyib ki, komandasıyla birlikdə Pavel Filatyevin Rusiyadan “təcili” çıxmasına yardım edib.
Buna da bax: Döyüş təlimi gündəlik həyat tərzinə çevriləndə“ZOV”
Filatyev fevral və martda Rusiyanın Ukraynaya hücumuna qatılıb. O, sonradan rusca “ZOV” (Çağırış) adlı kitab yazıb. Kitabın adı “Z” və “V” hərflərini qabartmaq üçün latın əlifbasıyla yazılıb.
Ukraynaya daxil olan Rusiya hərbi texnikasının üzərində bu hərflər yazılır. Rusiya dövlət mediası və Kremlin tərəfdarları həmin hərfləri vətənpərvərlik simvolları kimi təqdim edir, ordu və işğala dəstək ifadə edirlər.
Rusiyadan qaçmazdan öncə “The Guardian” qəzetinə müsahibə verən Filatyev deyib ki, kitabı çapdan çıxandan sonra o, mümkün həbsdən yayınmaq üçün bir neçə dəfə ünvanını dəyişib.
Filatyev özünə qarşı cinayət işi açılıb-açılmamasından xəbəri olmadığını sözlərinə əlavə edib.
Buna da bax: Rusiyanın enerji ixracından gəlirləri 100 milyard dollar artır15 ilədək həbs
Prezident Vladimir Putinin martda imzaladığı qanunda Rusiya ordusunun hərbi əməliyyatları barədə “bilərəkdən saxta informasiya” yayanlar üçün uzunmüddətli həbs cəzaları nəzərdə tutulur. Kreml fevralın sonunda Ukraynada başlatdığı müharibəni “xüsusi hərbi əməliyyat” adlandırır.
Qanunla Rusiya ordusu haqda “bilərəkdən saxta informasiya” yaymağa görə 15 ilədək həbs cəzası kəsilə bilər.
Buna da bax: Rusiya Qara dəniz donanmasının komandanını dəyişib“Rusiya əsgərlərindən Rusiyanın maraqlarının qorunması üçün istifadəyə qarşı çağırışlar”, yaxud “belə istifadənin gözdən salınması” qanunsuz elan edilərək, üç ilədək həbslə cəzalandırıla bilər. Eyni maddə Rusiyaya qarşı sanksiyalar çağırışlarına da aiddir.
Bu həftənin əvvəlində rusiyalı əsgər, Xabarovsk diyarında yerləşən 64-cü motoatıcı briqadadan Daniil Frolkin açıq şəkildə etiraf edib ki, rusiyalı əsgərlər öz rəhbərlərinin göstərişiylə Ukraynada qarət, talan, dinc sakinlərin öldürülməsində iştirak edib. O, Andreyevka kəndində Ruslan Yaremçuk adlı dinc ukraynalını öldürdüyünü boynuna alıb.