Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin həkimləri onun Tbilisidəki klinikadan məhkəməyə gətirilməsini qadağan ediblər.
Saakaşvili bu məhkəmə dinləməsində iştirakının və çıxış etməsinin təmin olunmasını özü istəmişdi.
Noyabrın 29-da hakim Nino Çaxnaşvili həkimlərin tövsiyəsini nəzərə alaraq Saakaşvilinin sözü gedən məhkəmə dinləməsini təxirə salıb.
Mixeil Saakaşvilinin məhkəmə dinləmələri bundan əvvəl onun səhhəti ilə bağlı dəfələrlə təxirə salınılb.
Həkimlər Saakaşvilinin məhkəməyə gətirilməsini qadağan ediblər
Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili noyabrın 28-də məhkəmədə çıxış edə bilməyib.
Beləki onu müalicə edən həkimlər cəzaların icrası departamentinə siyasətçinin Tbilisidəki Vivamedi klinikasından məhkəməyə gətirilməsini qadağan ediblər.
Saakaşvili may ayından bəri bu klinikada müalicə olunur.
Sizin brauzer HTML5-i dəstəkləmir
Tbilisidə keçirilən məhkəmə prosesində iştirak və çıxış etməyi Gürcüstanın keçmiş prezidentinin özü istəmişdi.
Onun bazar ertəsi məhkəmə gətiriləcəyi gözlənilirdi.
Müalicə həkimlərindən biri bildirib ki, o məhkəmə zamanı Saakaşvilinin halının pisləşməyəcəyinə dair məsuliyyəti öz üzərinə götürə bilməyəcək.
Buna da bax: Azərbaycanda Fransa şirkətilə bağlı qalmaqalVəkilləri zəhərləndiyini deyirlər
Noyabrın 28-də eks-prezidentin vəkilləri Şalva Xaçapuridze və Valeri Gelbaxiani jurnalistlərə deyiblər ki, Saakaşvilinin qanında ölümcül zəhər – mərgümüş aşkar olunub.
Bundan əvvəl vəkillər bildirmişdilər ki, Saakaşvilinin qanında ağır metallar, o cümlədən civə aşkarlanıb.
Vəkillər əmin olduqlarını bildirirlər ki, Saakaşvilinin həyatına sui-qəsd edilib və onun xilas edilməsinin yeganə yolu Avropa klinikalarından birinə köçürülməsidir.
Tbilisi məhkəməsi Saakaşviliyə 2005-ci ildə müxalifətçi biznesmen Valeri Gelaşvilini döydürmək ittihamı ilə 6 il iş kəsib.
Sizin brauzer HTML5-i dəstəkləmir
Hazırda Mixeil Saakaşvili daha üç iş üzrə təqsirləndirilən şəxs qismində keçir.
Bunlardan ən sonuncu ittiham Saakaşvilinin ötən ilin sentyabrında Gürcüstanın sərhədini qanunsuz keçməsi ilə bağlııdr.
O vaxt Saakaşvilini həbs etmişdilər. O özünə qarşı ittihamları siyasi motivli hesab edir.