Sahibkarlıq subyektlərinin 93 faizi mikro sahibkarlardan ibarətdir
Azərbaycan qanunlarına görə, biznesin ölçüsündən asılı olaraq, sahibkarlar dörd qrupa bölünür – mikro, kiçik, orta və iri sahibkarlar. Mikro sahibkarlara işçilərinin orta siyahı sayı 10 nəfərədək, illik gəliri 200 min manatadək olan sahibkarlar aid edilir. Kiçik sahibkar dedikdə işçilərinin sayı 11 nəfərdən 50 nəfərədək, illik gəliri 200 min manatdan 3 milyon manatadək olanlar nəzərdə tutulur. Orta sahibkar kateqoriyasına aid edilməkdən ötrü sahibkarlıq subyektinin işçi sayı 51-250 nəfər, illik gəliri isə 3-30 milyon manat arasında olmalıdır. İri sahibkarlıq subyekti hesab edilmək üçünsə işçi sayı 251 nəfərdən, illik gəlir isə 30 milyon manatdan çox olmalıdır.
Dövlət Statistika Komitəsinin 2021-ci ilin ilk yarısını əhatələyən göstəricilərinə əsasən, ölkədə 143 min 928 sahibkarlıq subyekti fəaliyyət göstərir. Hazırda mikro sahibkarlıq subyektlərinin sayı 133 min 844-ə bərabərdir. Yəni, ölkədəki hər 100 sahibkarlıq subyektindən 93-ü mikro sahibkardır. Bu ilin altı ayının nəticələrinə görə, ölkədə kiçik sahibkarlıq subyektlərinin sayı 6 min 284, orta sahibkarlıq subyektlərinin sayı 2 min 659, iri sahibkarlıq subyektlərinin sayı isə 601-dir.
Sizin brauzer HTML5-i dəstəkləmir
Mikro, kiçik və orta sahibkar
Ölkədəki sahibkarlıq subyektlərinin əsas hissəsini mikro sahibkarlar təşkil edir. Hazırda fəaliyyət göstərən bütün sahibkarların 93 faizi məhz bu kateqoriyaya aiddir. Ölkədəki mikro sahibkarların hər üç nəfərindən biri (32.7 faiz) ticarətlə bağlı sahələrdə fəaliyyət göstərir. Mikro sahibkarlar daha sonra tikinti (10.3 faiz), kənd təsərrüfatı (7.8 faiz) və emal sənayesini əhatələyir (5.8 faiz). Ölkədəki mikro sahibkarların 66 faizi paytaxt Bakının payına düşür.
Sahibkarlıq subyektlərinin beş faizini təşkil edən kiçik sahibkarların fəaliyyət istiqaməti, əsasən, ticarətdir. Hər dörd kiçik sahibkarlıq subyektindən biri məhz ticarətlə məşğul olur. Tikinti (13.4 faiz), emal sənayesi (10.1 faiz) və peşə, elmi və texniki fəaliyyət (7.8 faiz) sahələri də kiçik sahibkarların ən çox üz tutduqları istiqamətlər arasındadır. Kiçik sahibkarlıq subyektlərinin 64 faizi paytaxtda fəaliyyət göstərir.
Digərlərinə nəzərən xüsusi çəkisi nisbətən aşağı olsa da, illik 3-30 milyon manat gəlirləri olan orta sahibkarlıq subyektləri də ən çox ticarət sektorundadır (19.6 faiz). Tikinti (17 faiz), emal sənayesi (12.6 faiz), peşə, elmi və texniki fəaliyyət (6.4 faiz) orta sahibkarın ən çox olduğu sahələrdir. Orta sahibkarlar arasında Bakıda olanların payı 59 faizə bərabərdir.
Sizin brauzer HTML5-i dəstəkləmir
İldə 30 milyon manat gəlir əldə edənlər
2021-ci il iyulun 1-dək ölkə üzrə kommersiya təşkilatlarının ümumi sayının 0.4 faizini işçilərinin sayının 250-dən, gəlirlərinin isə 30 milyon manatdan çox olduğu iri sahibkarlıq subyektləri təşkil edib. Onların əsas hissəsi ticarət (17.6 faiz), emal sənayesi (16.6 faiz), tikinti (12.2 faiz) və nəqliyyat, anbar təsərrüfatı (8.7 faiz) sahələrində yaradılıb.
İri sahibkarların fəaliyyət yeri baxımından Bakı və regionlar arasında fərq digər kateqoriyalardan böyükdür. Hazırda ölkədəki iri sahibkarların təxminən hər dördündən üçü (73 faiz) məhz paytaxtdadır.
Cədvəl: İllik gəliri 30 milyon manatdan çox olan iri sahibkarlıq subyektlərinin iqtisadi rayonlar üzrə bölgüsü
İqtisadi rayonlar |
İri sahibkarlıq subyektlərinin sayı |
Ümumi saya görə, faizlə |
Bakı şəhəri |
435 |
72.4% |
Abşeron-Xızı iqtisadi rayonu |
42 |
7.0% |
Gəncə-Daşkəsən iqtisadi rayonu |
26 |
4.3% |
Mərkəzi Aran iqtisadi rayonu |
17 |
2.8% |
Naxçıvan Muxtar Respublikası |
17 |
2.8% |
Şirvan-Salyan iqtisadi rayonu |
16 |
2.7% |
Qarabağ iqtisadi rayonu |
11 |
1.8% |
Quba-Xaçmaz iqtisadi rayonu |
10 |
1.7% |
Lənkəran-Astara iqtisadi rayonu |
7 |
1.2% |
Mil-Muğan iqtisadi rayonu |
6 |
1.0% |
Qazax-Tovuz iqtisadi rayonu |
6 |
1.0% |
Şəki-Zaqatala iqtisadi rayonu |
5 |
0.8% |
Dağlıq Şirvan İqtisadi rayonu |
3 |
0.5% |
Şərqi Zəngəzur iqtisadi rayonu |
0 |
0.0% |
Cəmi |
601 |
100% |
İri sahibkarlarla bağlı diqqətçəkən daha bir məqam illik gəliri 30 milyon manatdan çox olan şirkətlərin sayının son bir il ərzində 11 faiz azalmasıdır. Belə ki, ötən ilin iyulunda bu rəqəm 673-ə bərabər idi. İqtisadi fəaliyyət növləri üzrə bir il ərzində ən çox azalma tikinti sektorunda qeydə alınıb. Əgər ötən il bu sahədə 101 iri şirkət fəaliyyət göstərirdisə, hazırda bu rəqəm 73-ə enib. Son bir ildə iri sahibkarlıq subyektlərinin sayının ən çox artdığı fəaliyyət növü isə nəqliyyat və anbar təsərrüfatıdır. Bu istiqamətdə iri sahibkarlıq subyektlərinin sayı 45-dən 52-ə yüksəlib.
Cədvəl: 2020-2021-ci illərdə iqtisadi fəaliyyət növləri üzrə iri sahibkarlıq subyektlərinin sayı
İqtisadi fəaliyyət növü |
01.01.2020 tarixinə iri sahibkarlıq subyektlərinin sayı |
01.07.2021 tarixinə iri sahibkarlıq subyektlərinin sayı |
Kənd təsərrüfatı |
20 |
26 |
Mədənçıxarma sənayesi |
41 |
35 |
Emal sənayesi |
104 |
100 |
Elektrik enerjisi, qaz, buxar istehsalı |
27 |
18 |
Su təchizatı, tullantıların təmizlənməsi və emalı |
21 |
18 |
Tikinti |
101 |
73 |
Ticarət, nəqliyyat vasitələrinin təmiri |
124 |
106 |
Nəqliyyat və anbar təsərrüfatı |
45 |
52 |
Turistlərin yerləşdirilməsi və ictimai iaşə |
19 |
15 |
İnformasiya və rabitə |
17 |
22 |
Maliyyə və sığorta fəaliyyəti |
22 |
20 |
Daşınmaz əmlakla əlaqədar fəaliyyət |
10 |
9 |
Peşə, elmi və texniki fəaliyyət |
41 |
33 |
İnzibati və yardımçı xidmətlərin göstərilməsi |
23 |
20 |
Təhsil |
14 |
9 |
Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi |
32 |
34 |
İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət |
5 |
3 |
Digər sahələrdə xidmətlərin göstərilməsi |
7 |
8 |