ABŞ-ın ödəniş sistemləri Rusiyanın Ukrayna ərazisinə silahlı təcavüzünə görə sanksiyalardan dolayı Rusiyanın bəzi banklarını bloklayıb.
Sanksiyaların əhatələdiyi bankların müştəriləri artıq kartları ilə xaricdə ödəniş, yaxud xarici internet-mağazalarda alış-veriş edə bilməyəcəklər. Google Pay və Apple Pay xidmətləri bağlanır. Rusiyanın daxilində isə kartla ödəniş mümkün olacaq, çünki ölkə daxilində ödənişlər milli kart ödəniş sistemiylə həyata keçirilir.
Buna da bax: 'Putin dəyişib'2 milyon dollar humanitar yardım
Məhdudiyyətlərin hansı maliyyə qurumlarına aid olduğu dəqiq bəlli deyil. Daha öncəki sanksiyalar VBTB, BM-Bank, Sarovbiznesbank, “Otkrıtiye” bankı, Sovkombank, Novikombank və RQS Bankı əhatələyirdi.
Hər iki ödəniş sistemi humanitar yardıma 2 milyon dollar ayıracağını bildirib.
Fevralın 24-də Rusiyanın Ukraynaya silahlı təcavüzündən sonra Rusiyanın Mərkəzi Bankı daxil bir sıra maliyyə qurumlarına və birinci şəxslərə sanksiyalar açıqlanıb.
Buna da bax: Ukrayna Gürcüstandakı səfirini geri çağırırPutinin tərəfdarı olan baş dirijor
Hazırda Rusiyanın idman və əyləncə dünyası qlobal sanksiyaları hiss etməkdədir. Ölkənin idman komandalarına və ifaçılarına sanksiyalar tətbiq edilir.
Martın 1-də rusiyalı dirijor Valeri Gergiyev Münhen Filarmoniyasının baş dirijoru vəzifəsindən kənarlaşdırılıb. 68 yaşlı dirijor özünü Rusiyanın Ukraynaya təcavüzündən kənara çəkməklə bağlı orkestrin tələblərinə əməl etmədiyindən belə bir qərar verilib.
Gergiyev müharibə haqda açıq danışmasa da, Rusiya Prezidenti Vladimir Putinin sadiq tərəfdarı hesab edilir. Rusiyanın Ukraynanın Krım yarımadasını ilhaqını, Rusiyada LGBT fəallarının hüquqlarının məhdudlaşdırılmasını dəstəkləyib. O, 2015-cü ildə Münhendə baş dirijordur.
Sizin brauzer HTML5-i dəstəkləmir
İdman sanksiyaları davam edir
Martın 1-də Beynəlxalq Voleybol Federasiyası Rusiyanın avqust və sentyabrda Dünya Voleybol Çempionatlarına ev sahibliyi hüququnun alındığını elan edib.
Elə bu gün Rusiya və Belarusdan fiqurlu və sürətli konkisürənlər beynəlxalq yarışdan kənarlaşdırılıb. Belarus Rusiyanın Ukraynaya təcavüzünü dəstəkləyir.
Fevralın 28-də Beynəlxalq Olimpiya Komitəsi beynəlxalq idman federasiyalarına tövsiyə edib ki, “Rusiya və Belarusdan atletləri və rəsmiləri beynəlxalq yarışlarda iştiraka” dəvət etməsinlər, buna imkan verməsinlər.