Ukraynanın iki reaktiv mühərrikli dronu Rusiyanın Saratov və Ryazan vilayətlərindəki strateji aviasiya aerodromlarına zərbələr endirib.
Bu barədə məlumatı Rusiyanın Müdafiə Nazirliyi dekabrın 5-də təsdiq edib.
Bundan əvvəl hücum barədə media və sosial şəbəkələrdə xəbərlər yayılsa da, Moskva zərbələri rəsmən təsdiqləməmişdi.
Sizin brauzer HTML5-i dəstəkləmir
Nazirlik bildirib ki, dron zərbələri nəticəsində iki Tu-95 strateji bombardmançı təyyarəsi zədələnib.
Məlumatda iddia olunur ki, təyyarələrin zədələnməsinə vurulmuş dromnların hissələri səbəb olub.
Bundan əvvəl Rusiyanın Engels şəhərindəki starteji aerodromda və Ryazan yaxınlığındakı Dyagilev aviabazasında partlayışların baş verdiyinə dair xəbərlər yayılmışdı.
Ukraynadakı cəbhə xəttindən 500 kilometr aralıda yerləşən Dyagilevdə İl-76 yanacaqdolduran təyyarələri, Tu-22MC bombardmançıları və pilotların uçuş və döyüş təlim mərkəzi yerləşir.
Bazanın yaxınlığındakı təmir zavodunda strateji aviasiya təyyarələrinə - Tu-22M bomnbardmançılarına, raketdaşıyan Tu-95 təyyarələrinə və İl-76 hərbi-nəqliyyat təyyarələrinə texniki xidmət göstərlir.
Dekabrın 5-də axşam sosial media şəbəkələrində dron zərbələrindən sonra çəkilmiş fotolar yerləşdirilib.
Şəkildə uçuşa hazırlaşan Tu-22M təyyarəsinin və ona elektrostart verən APA-80 maşınının zədələndiyi görünür.
Engelsdəki hərbi hava bazası Ukrayna sərhədindən 700 kilometr uzaqlıqda yerləşir.
Tu-95MC və Tu-160 təyyarələri Ukraynaya bu bazadan hücumlar edir. Bu təyyarələr habelə nüvə silahı daşıya bilir.
Buna da bax: Ermənistan daha 10 azərbaycanlının nəşinin qalıqlarını təhvil veribSovet dronları?
“Komsomolskaya pravda” qəzetinin müxbiri Aleksandr Kots dekabrın 5-də öz teleqram-kanalında yazıb ki, zərbələr sovet istehsalı olan Tu-141 “Strij” kəşfiyyat dronları ilə endirilib.
Bu PUA-lar aşağı yüksəklikdə, amma səs sürətinə yaxın sürətlə 1000 kilometr məsafəyə uça bilir.
Bundan əvvəl Rusiya mənbələri Ukraynanın bu dronları zərbə endirmək üçün modifikasiya etdiyini yazırdı.
Dekabrın 5-də Rusiyanın strateji aviasiyası Ukraynaya yeni zərbələrin endirilməsində iştirak edib.
Rusiya Müdafiə Nazirliyi iddia edir ki, müəyyən edilmiş 17 hədəf vurulub.
Ukrayna tərəfi isə bildirir ki, Rusiyanın atdığı 70 raketdən 60-ı elə havada məhv edilib.
Buna da bax: İranlı aşpaz: 'Bəzən azərbaycanlılar yeməyi bəyənmirlər, ruslar üçün fərqi yoxdur'Rusiyanın hərbi aerodromlarına naməlum dronlar düşüb
Bundan əvvəl Rusiyanın Saratov vilayətindəki aerodromun uçuş-eniş zolağına naməlum PUA-nın düşdüyü xəbər verilmişdi.
Bu barədə məlumatı dekabrın 5-də Baza teleqram kanalı mənbələrə istinadən verir.
Astra saytı yazır ki, dron Engels şəhərinin yaxınlığındakı aviabazaya düşüb.
Bu aerdoromdan Rusiyanın starteji nüvə qüvvələrinə daxil uzaqmənzilli aviasiyası istifadə edir.
Buna da bax: Sülh müqaviləsi üzrə danışıqların üçüncü raundu gözlənirSaytın məlumatına görə iki raketdaşıyan Tu-95 təyyarəsinə zədə dəyib. İki hərbi qulluqçunun yaralandığı və xəstəxanaya aparılığı xəbər verilir.
Engels və Saratov şəhərlərinin sosial şəbəkələrində yazırlar ki, sakinlər səhər saat 6-da güclü partlayış səsi eşidiblər.
Sirena teleqram-kanalı partlayışın videosunu çəkib.
Baza kanalı internetdə yaydığı videoda Engelsdəki aerodroma hücumun görüntüləndiyini iddia edir.
Saratov vilayətinin qubernatoru Roman Busargin teleqram-kanalda hadisə nəticəsində yaşayış məhəllərlərinə və mülki infrastruktura ziyan dəymədiyini bildirir.
Qubernatorun sözlərinə görə hadisəni güc strukturları araşdırır.
RIA Novosti dövlət xəbər agentliyi təcili xidmətlərə istinadən bildirir ki, Ryazan şəhəri yaxınlığında benzin avtosisterni partlayıb.
Buna da bax: 'Əvvəl münaqişəni dondurmuşdular, indi razılaşmaların dondurulması gedir'Hadisə nəticəsində üç nəfərin həlak olduğu, 6 nəfərin yaralandığı xəbər verilir.
Şahidlər sosial media şəbəkələrində hadisənin Dyagilevo aerodromunda baş verdiyini yazırlar.
Bu aerodrom Ryazan şəhərinin qərbində yerləşir. Qeyd olunur ki, bu aerdromda İl-76 təyyarələrinin heyətinin uçuş və döyüş təlimi mərkəzi yerləşir.
Buna da bax: Rusiya Xəzərdən Ukraynanı vurur. Sahilyanı ölkələr niyə susurPodolyak istehza edir
Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə deyib ki, Saratov və Ryazan vilayətlərində baş vermiş insidentlər barədə məlumat prezidnet Vladimir Putinə təqdim edilib.
Xarici jurnalistlərlə söhbətində Peskov suallarını Müdafiə Nazirliyinə ünvanlamağı məsləhət görüb.
Nazirlik hələki bu xəbərləri şərh etməyib.
Ukrayna prezidentinin müşaviri Mixail Podolyak deyib:
“Yer dəyirmidir. Bunu hələ Qaliley kəşf edib. Təəssüf ki, Kremldə astronomiyanı öyrənməyiblər. Onlar saray münəccimlərinə üstünlük verirlər. Əgər astronomiyanı oxusaydılar bunu bilərdilər: Əgər çox uzun müddətdə başqa ölkələrin hava məkanınan nəsə buraxsan, gec ya tez uçuşların başlandığı yerə də naməlum uçan obyektlər qayıdacaq”.