Serj Sarkisyan Paşinyanı ittiham, Moskvanı müdafiə edir

Serj Sarkisyan

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan baş nazir Nikol Paşinyanın son ittihamlarını rədd edib.

Paşinyan Qarabağın süqutunda Ermənistanın keçmiş rəhbərlərini günahlandırmışdı.

Sarkisyan deyib ki, Paşinyan ötən həftə televziya ilə yayımlanan müsahibəsində Qarabağın Azərbayacana “şürlu şəkildə qurban edildiyini” etiraf edib.

Paşinyan sözü gedən müsahibədə iddia etmişdi ki, o hələ 2018-ci ildə hakimiyyətə gəlməzdən çox əvvəl ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələr – Rusiya, ABŞ və Fransa əslində təklif etdikləri sülh planları ilə özünü müstəqil elan etmiş Dağlıq Qarabağın “ləğvini” öncədən şərtləndirmişdilər.

Paşinyan qeyd etmişdi ki, sözü gedən planların heç biri Azərbaycanla münaqişənin hərtərəfli həllini ehtiva etmirdi.

Ermənistan baş naziri Rusiyaya işarə ilə demişdi ki, vasitəçi ölkələrədən bəziləri münaqişədən “Ermənistanın başı üstündə dəyənəklə dayanmaq üçün” istifadə edirdilər.

Buna da bax: Lavrov Ermənistanın ‘yanlış yolda’ olduğunu deyir

Hansı dəyənək?

Serj Sarkisyan Paşinyanın müsahibəsi haqqında deyib ki, o baş nazirin hansı dəyənəkdən danışdığını başa düşmür:

“Bəlkə o həmsədrlərin Dağlıq Qarabağın statusunun Qarabağ sakinlərinin iradəsilə müəyyən ediləcəyinə dair 5 bəyanatını nəzərdə tutur?”

Sarkisyan Paşinyanı ittiham etməklə yanaşı, həm də əslində Rusiyanın müdifiəsinə qalxıb:

“Bəlkə o bizi milyardlarla dollarlıq silahlarla pulsuz və ya güzəştli qiymətlərlə təchiz edən ölkəni nəzərdə tutur? O silahları ki, özü Azərbaycana təslim edib”.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun xatırladır ki, ABŞ, Rusiya və Fransa həmdsədrlərinin təklifləri 2007-ci ildə razılaşdırılmış Madris prinsiplərinə əsaslanırdı. Həmin prinsiplərə görə Qarabağın statusunu onun erməni sakinləri gələcək referendumda müəyyən etməli idilər.

Azatutyun yazır ki, Paşinyan 2020-ci il məğlubiyyəti ilə bağlı ittihamlara cavab verərərkən dəfələrlə Madirid prinsiplərini tənqid edib.

Buna da bax: Mirzoyan deyir ki, delimitasiya məsələsi sülh müqaviləsində mütləq olmalıdır

2019-cu ilin səs yazısı

Paşinyan iddia edirdi ki, Sarkisyan və onun xələfi Robert Koçaryanın qəbul etdikləri prinsiplər əslində Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyır və Ermənistanı “kapitulyasiyaya” çağırırdı.

Ermənistan müxalifətinin liderləri və hakimiyyətin başqa tənqidçiləri belə ittihamları rədd edirlər.

Onlar deyirlər ki, Paşinyan Madrid Prinsiplərinin son versiyasını rədd etməklə, əslində 2020-ci ilin müharibəsini qaçılmaz edib.

2021-ci ildə Sarkisyanın ictimailəşdirdiyi 2019-cu ilə aid audioyazıda Paşinyan sözü gedən sülh planına qarşı olduğunu deyirdi. Paşinyan bildirirdi ki, həmin plan Qarabağın Azərbaycandan dərhal ayrılmasını nəzərdə tutmurdu.

Paşinyan demişdi ki, o belə razılaşmanı qəbul etməmək üçün “özünü dəli yerinə qoymağa” hazır idi.

Sizin brauzer HTML5-i dəstəkləmir

'Qarabağ ermənilərinə Yerevanda deyirlər ki... torpağınızı qorumadız'

Xatırlatma

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib.

Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Bu il sentyabrın 19-20-də isə Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.