►Bağlı qapı arxasında qalan, bəzən kobud söz eşidən, bəzən də gözlədilən…
Onlar deputatlığa namizəd olmaq istəyənlər üçün imza toplayanlardır.
İmza toplama kampaniyasına qatılan könüllülər deyirlər ki, bir çox hallarda vətəndaşlar müxalifət partiyasının namizədinə imza verməyə ehtiyatlanırlar.
İmza toplayanlardan biri - Tural Şahtaxtinski deyir ki, hətta elələri var ki, heç seçkilərin olacağından xəbərsizdirlər:
“Bəzən bizə sual edirlər ki, Milli Məclis nədir, parlament nədir?”.
Döyülən hər 100 qapıdan 2-3 imza alalar, ya yox.
Buna da bax: YAP xeyli dairədə namizədini dəyişib (Müqayisəli siyahı)
Hətta təzyiqlə üzləşənlər də var. Müsavat Partiyasının namizədləri üçün imza toplayan Qədim Soltanlı başına gələnlərdən danışır:
“Özünü icra və bələdiyyə nümayəndəsi kimi təqdim edən 3 nəfər əvvəlcə imza toplamağa mane oldular, daha sonra qeydiyyat nömrəsi olmayan avtomobillərlə qarşımızı kəsib, bizi tanımdığımız bir yerə apardılar”.
Bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib. Məsələnin araşdırılması xahiş olunur.
Azərbaycanda Parlament seçkiləri bu il noyabrın 1-də keçirilcək.