Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Müxalifət düşərgəsindən tənqidlər səslənir ki, bu seçkilər əvvəlkilər kimi saxtalaşdırılacaq, seçkilərə hazırlıq mərhələsində, səslərin sayılmasında yenə də saxtakarlıq ediləcək. İqtidar isə Azərbaycanda seçkilərin azad və ədalətli keçirildiyini bildirir.