ABŞ Senatı ölkənin 2023-cü il üçün 1.7 trilyon dollarlıq büdcəsinin layihəsini qəbul edib.
Bu layihədə Ukraynaya 44.9 milyard dollarlıq yardım ayrılması nəzərdə tutulub.
Ukrynanın ABŞ-dakı səfiri Oksana Makarova bildirib ki, dekabrın 23-də büdcə layihəsi Nümayəndələr Palatasında səsə qoyulacaq və daha sonra prezident Co Bayden (Joe Biden) tərəfindən imzalanacaq.
Buna da bax: Mariupol teatrının söküldüyü bildirilirDiplomat habelə sözü gedən 44.9 milyard dollarlıq yardımın nəyə xərclənəcəyi barədə məlumat verib.
Bu vəsaitin 28,4 milyard dolları hərbi yardım üçündür. Yardım Ukrayna silahlı qüvvələrinin hərbi texnika, silah-sursat, avadanlıq, kəşfiyyat məlumatları ilə təmin edilməsinə xərclənəcək.
Bura həmçinin bundan əvvəl Ukraynaya verilmiş texnika və silahın yerinin doldurulması xərcləri də daxildir.
Yardımın 13,37 milyard dolları Ukraynaya iqtisadi və büdcə dəstəyi, habelə Ukraynanın enerji təhlükəsizliyi üçün nəzərdə tutulub.
Bu vəsaitdən habelə Ukraynada müharibəyə görə ziyan çəkmiş başqa ölkələrə yardım üçün istifadə olunacaq.
4,92 milyard dollar Ukraynanın və Ukrayna qaçqınlarının ehtiyaclarının qarşlılanmasına xərclənməlidir.
Buna da bax: Rusiya danışıqlara maraq göstərmir, Putin əksini deyirHəbs olunmuş aktivlərin Ukraynaya verilməsi
Senat habelə Rusiya biznesmenlərinin ABŞ-da həbs qoyulmuş aktivlərinin Ukraynaya yardım üçün xərclənməsinə icazə verən qanun layihəsini qəbul edib.
Bu barədə məlumatı Nümayəndələr Palatasının nümayəndəsi Tom Malinovski verib.
Onun sözlərinə görə bu qanunvericilik aktı ABŞ hökumətinin federal maliyyələşdirilmsi haqqında qanuna düzəliş kimi qəbul olunub.
Respublikaçı senator Lindsi Qrem (Lindsey Graham) izah edib ki, qanuna edilən bu düzəliş ABŞ Maliyyə Nazirliyinə dövlət katibi vasitəsilə Rusiya oliqarxlarının və şirkətlərinin ABŞ-da həbs olunmuş akdivlərinin Ukraynaya ötürməsinə imkan yaradacaq.
Buna da bax: Saakaşvilini xaricə köçürmək çağırışları artır“Ədalətli”, amma problemli qərar
2020-ci ilin prezident seçkisində namizəd olmuş senator Maykl Bennet (Michael Bennet) deyib ki, qəbul olunmuş qanun layihəsi “Putinə və onun başkəsənlərinə” ABŞ-ın Ukraynanı dəstəkləməsi barədə aydın mesaj göndərir.
Tom Malinovski The Washington Post qəzetinə deyib ki, “Putin əlaltılarına Ukraynada dağıtdıqlarının bərpası xərclərini çəkdirmək ədalətli qərardır”.
Bayden administrasiyası sanksiya siyahısına düşmüş Rusiya oliqarxlarının və şirkətlərinin həbs olunmuş aktivlərinin Ukraynaya yönəldilməsinə tərəfdardır.
Amma bu tədbirin tənqidçiləri deyirlər ki, sözü gedən şəxs və şirkətlər vəsaitlərinin xərclənməsini məhkəmədə mübahisələndirə bilərlər.
Onların fikrincə bundan başqa ABŞ bu tədbiri həyata keçirməklə özünün investisiyalar üçün cəlbediciliyinə ziyan vura bilər.