Serbiya və Kosovo bir-birinə səyahət üçün giriş və çıxış sənədlərinin ləğvi barədə razılığa gəliblər.
Razılaşma o deməkdir ki, Serbiya hakimiyyəti 11 ildən sonra Belqradın şəxsiyyət vəsiqələrini əvvəllər tanımadığı Kosovo vətəndaşlarına verilməsini dayandıracaq. Bu barədə Azadlıq Radiosunun Kosovo Xidməti xəbər verir.
Bu razılaşma ilə bağlı avqustun 27-də Avropa İttifaqının xarici işlər komissarı Josep Borrell də özünün tvitterdəki videomüraciətində əldə olunan razılaşmanın Serbiya və Kosovo xalqının maraqlarına uyğun olduğunu bildirib. O, dəstəyə görə, ABŞ-a təşəkkür edərək, hərəkət azadlığının təmin edilməsi istiqamətində işlərin hələ də yekunlaşmadığını qeyd edib.
Bu ilin iyulunda Kosovonun şimalındakı etnik serblər Kosovo ilə Serbiyanı birləşdirən iki sərhəd keçid məntəqəsinə - Yarinye və Bernjaka gedən yolları yük maşınları və başqa vasitələrlə bağlamışdılar.
Buna da bax: Kosovoda yenidən gərginlik yaranıbSerblər bunu Kosovonun Serbiya nömrələrini tanımamaq qərarı ilə əlaqələndirirdilər və bu gərginliyi bir qədər də artırmışdı.
Serbiya Kosovonun müstəqilliyini tanımır və respublikanı öz regionu hesab edir. Serbiya tərəfinin təkidi ilə Belqrad və Priştina arasında bağlanan müqavilədə qeyd olunur ki, sənədlərin tanınması müstəqilliyin heç bir formada tanınması demək deyil.
Buna da bax: Kosovo serblərə sənəd verməyə başlayır