İsveçin Sərhəd Qvardiyası həftənin əvvəlində Baltik dənizindəki Şimal axını kəmərlərində dördüncü qaz sızmasının baş verdiyini aşkarlayıb. Açıqlamanı qvardiya rəsmisi sentyabrın 29-da verib.
Həftənin əvvəlində ikisi Danimarka, biri İsveç zonasında olmaqla üç sızma aşkar edilib. Şimal axını Rusiyadan Almaniyaya təbii qaz nəqli üçün çəkilmiş iki böyük kəmərdir.
Sizin brauzer HTML5-i dəstəkləmir
NATO və Avropa İttifaqı sızmaların “sabotaj”la törədildiyini deyib, Avropanın kritik infrastrukturunu qorumaq üçün güclü tədbirlər vəd edib.
“İsveç tərəfdə iki, Danimarka tərəfdə də iki sızma var”, – Sərhəd Qvardiyasının rəsmisi mediaya deyib.
Buna da bax: Liseydə oxuyanların imtahan nəticəsi ölkə ortalamasından 60 faiz daha yaxşıdırQaz dənizə sızır
Şübhəli partlayışlar vaxtı kəmərlərdən heç biri işləməyib, ancaq onlar qazla dolu olub. Sentyabrın 26-da baş vermiş hadisədən bəri qaz Baltik dənizinə sızmaqdadır.
İsveç və Danimarka seysmoloqları ərazidə güclü partlayışlar qeydə aldıqlarını deyiblər. İsveç polisi mümkün sabotaj üzrə təhqiqata başlayıb.
Buna da bax: Şimal Axını kəmərlərinin təmiri 'mümkün olmaya bilər'Dördüncü sızma “Şimal axını-2” kəmərində, yaxınlıqdakı “Şimal axını-1”də aşkarlanmış daha böyük dəliyə yaxın yerdədir, rəsmi belə deyib.
Bu insident Avropada təbii qazın qiymətini qaldırıb.