Spiker: Şri-Lanka prezidenti iyulun 13-də istefa verəcək

Qotabaya Rajapaksa Kolomboda prezident seçkiləri zamanı, 16 noyabr 2019

Şri-Lnaka 51 milyard xarici borcunu ödəyə bilmir. Hakimiyyət əsas gəlir mənbəyinin azalmasını koronavirus pandemiyası ilə əlaqələndirir

İqamətgahı ələ keçirilən Şri Lanka prezidenti Qotabaya Rajapaksa iyulun 13-də istefa verəcək.

Bu barədə şənbə günü axşam ölkə parlamentinin spikeri videomüraciətində bildirib.

Onun sözlərinə görə, nümayişçilərin prezident iqamətgahını zəbt etməsindən sonra toplanan parlament və böyük partiya liderlərinin iclasında prezidentin istefasını tələb etmək qərara alınıb.

Spiker bildirib ki, daha əvvəl təhlükəsiz yerə təxliyə edilən Rajapaksa bu təklifi qəbul edib. İstefanın iyulun 13-də planlaşdırılmasına gəlincə, bunun hakimiyyətin təhvil verilməsinə hazırlıqla bağlı olduğu bildirlir.

Отставка состоится 13 июля, как утверждается, потому, что необходимо подготовить передачу власти.

***

3 gün əvvəl Putindən yardım istəyən Şri-Lanka prezidentinin igamətgahını etirazçılar tutub

Prezident iqamətgahı, Kolombo, 9 iyul 2022

Şri-Lankanın ən böyük şəhəri Kolomboda etirazçılar prezidentin iqamətgahını ələ keçiriblər.

Yayılan məlumatlara görə, prezident təhlükəsiz yerə təxliyə edilib və dəniz qüvvələrinin mühafizəsi altındadır, şəhərdə isə nümayişçilərlə polis arasında toqquşmalar gedir.

Etirazlarda on minlərlə insanın iştirak etdiyi bildirilir. Səlahiyyətlilərin "France-Presse"-ə verdiyi məlumata görə, iştirakçılardan bəziləri şəhərə “gətirilib”.

Sosial şəbəkələrdə ələ keçirilən iqamətgahdan foto və videolar peyda olub - etirazçılar dəbdəbəli interyerlərdə şəkil çəkdirirlər və hətta hovuzda çimirlər.

Kolomboda cümə axşamı komendant saatı elan edilsədə buna əməl edilməyib. Baş nazir Ranil Vikramasinqhe böhranı müzakirə etmək üçün ölkədəki siyasi partiya liderlərini fövqəladə toplantıya çağırıb. O, spikerdən parlamentin çağırılmasını da xahiş edib.

Hökumət aparatının rəhbəri daha sonra Vickramasinghe-nin istefa verməyə razı olduğunu bildirib. Şri-Lankada etirazlar ilin əvvəlindən davam edir, buna görə də əvvəlki hökumət başçısı, prezidentin böyük qardaşı artıq istefa verib.

Ölkə iqtisadiyyatı müasir tarixin ən böyük böhranını yaşayır. Şəhərlərdə yanacaq, dərman, bəzi məhsulların qıtlığı var, valyuta ehtiyatları tamamilə tükənib. Hakimiyyət bunu əsas gəlir mənbəyi olan turizmin azalmasına səbəb olan koronavirus pandemiyası ilə əlaqələndirir.

Ölkə 51 milyard xarici borcunu ödəyə bilmir. Prezident Qotabaya Rajapaksa iyulun 6-da Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı apardığını və ondan kredit dəstəyi və "Aeroflot"un ölkəyə uçuşlarının bərpasını istəyib.