Rusiyaya məxsus “Vaqner” muzdlu qrupunun rəhbəri Yevgeni Priqojin Baxmutun kənarındakı Krasna Hora kəndini ələ keçirildiyini bildirib.
"Vaqner" tərəfindən dəstəklənən Rusiya qüvvələri strateji əhəmiyyətli Baxmut şəhərinə hücumları özünün əsas hədəfinə çevirib.
O da qeyd olunur ki, Kiyev Rusiyanın yeni hücumunu gözləyib və əmin olub ki, aylarla davam edən uğursuzluqlardan sonra Rusiya prezidenti Vladimir Putin fevralın 24-də əsassız işğalının ildönümü öncəsi döyüş meydanındakı uğurlardan danışacaq.
Buna da bax: Rusiya Ukraynanın şərqində ağır itkilər verib (Video)Britaniya kəşfiyyatının Rusiya qüvvələrinin son iki həftədə gündəlik 820-dən çox itki verdiyinə dair Ukrayna hərbi statistikasına əsaslanan qiymətləndirməsində bunu müharibənin ilk günündən bəri ən yüksək itki sayır.
Qiymətləndirmədə Rusiyanın itkilərinin çox olması təlim keçmiş kadrların, koordinasiya və resursların olmaması ilə əlaqələndirir.
“The Washington Post” qəzeti yazır ki, Ukrayna ordusu HIMARS və ABŞ-ın digər dəqiq idarə olunan raket sistemlərindən ən çox zərbələr endirmək üçün Avropada yerləşən ABŞ ordusu tərəfindən verilən hədəf-yer məlumatlarına əsaslanır.
Buna da bax: Araşdırma: İran Rusiya üçün dronları daha ‘ölümcül’ edirQəzet Amerika və Ukrayna rəsmilərinə istinad edir.
Əsir düşən "vaqnerçilərin" CNN-ə dedikləri
Ötən ilin sonunda əsir düşən iki "Vaqner" döyüşçüsü CNN-ə danışıb. Adları şəkilməyən döyüşçülərdən biri ölüm cinyətinə görə, 20 il azadlıqdan məhrum edildiyini deyib.
Məhkumlar Luqansk vilayətində Beloqorivkaya hücumu təsvir ediblər. Onların sözlərinə görə, dəstələrində olan 90 nəfərdən 60-ı artilleriya atəşi altında ölüb.
"Vaqner" döyüşçülərinin sözlərinə görə, böyük itkilər hücumun davam etdirilməsinə maneə olmur:
“Qruplardan biri uğur qazanmasa, növbəti biri irəli gedir. Əgər uğursuz olarsa, üçüncüsü irəli göndərilir."
Əsirlər tapşırığı yerinə yetirmədən geri çəkilənlərin yerindəcə güllələndiyini iddia ediblər.
CNN-in həmsöhbətlərindən biri hücuma getməkdən imtina edən döyüşçünün vurulması hadisəsindən danışıb. Deyib ki, həmin döyüşçü öz məzarını qazmağa məcbur edilib.
Eyni zamanda, məhbusların sözlərinə görə, yaralıların döyüş meydanından təxliyyəsi də təmin edilmir.
Buna da bax: Zalujnı: Rusiya su səthi dronlarından istifadə edibƏsirlər bildiriblər ki, onların cəza çəkdiyi həbsxanada işə götürülmələri "Vaqner PMC"-nin təsisçisi Yevgeni Priqojin tərəfindən şəxsən həyata keçirilib.
Onlara altı aylıq döyüşdən sonra əfv ediləcəkləri və məhkumluğun ləğv olunacağını, pul mükafatı və kreditlərin ödəniləcəyini vəd edib.
CNN həmsöhbətlərinin sözlərinə görə, onlara Ukrayna ordusunun qaçdığı Qərb ölkələrindən, xüsusən də Polşa və Almaniyadan olan muzdlularla döyüşəcəkləri deyilib.
Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya genişmiqyaslı hücum edib. Hələ də daam edən müharibədə Ukraynada onlarla yaşayış məntəqələri dağıdılır, minlərlə insan həlak olub, yüz minlərlə insan öz evindən və ölkədən didərgin düşüb.