Sürücülərdən də COVID-pasport tələb ediləcək

Sizin brauzer HTML5-i dəstəkləmir

'COVID pasportu əməlli-başlı biznesə çevrilib'

Oktyabrın 1-dən etibarən immunitet sertifikatı və COVID-19 pasportu olmayan sürücülər aşkarlanarsa, onların reysdə iştirakına icazə verilməyəcəyi bildirilir.

Bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən deyiblər.

Qurumdan qeyd ediblər ki, Nazirlər Kabinetinin bu il iyulun 26-da verilən qərarına əsasən, COVID-19-a qarşı peyvənd olunması, yaxud immunitet sertifikatının tələb olunduğu iş, xidmət sahələrinə avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti də daxildir: "Bu səbəbdən... Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən qərarın icrasının təmin olunması ilə bağlı bütün daşıyıcı şirkətlərə xəbərdarlıq edilib".

Bu il sentyabrın 1-dən Azərbaycanda iri ticarət mərkəzinə və habelə ali məktəblərə girişdə də COVID-19 pasportu tələb edilir.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4.7 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə sentyabrın 21-nə kimi ümumilikdə 473 min 459 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 6 min 327-nin vəfat etdiyi bildirilib.

Azərbaycanda vaksinasiyaya bu il yanvarın 18-dən başlanıb. İndiyə qədər 8 milyona yaxın peyvənd vurulduğu bildirilir. Bunlardan 4.6 milyonu birinci, 3.3 milyonu isə ikinci dozanın payına düşür. Azərbaycan əhalisi 10 milyondan çoxdur.