Bu il Stenli Kubrikin məşhur «2001: Kosmik Odissey» (2001: A Space Odyssey) fantastika filminin ekranlara çıxmasının 50 ili tamam olur. Film bizim insan olaraq təkamülümüzü və texnologiyanın inkişafımızdakı rolundan söz açır. Geriyə baxanda Kubrikin insanın maşınlarla münasibətini təsvir edərkən nə qədər irəlini gördüyünü müşahidə edə bilərik. Dövrümüzdə Amazon, Google və Apple kimi şirkətlər süni zəka ilə bağlı məhsul və xidmətlərə böyük yatırımlar edirlər. Filmdəki mənfi qəhrəman, superkompüter HAL-ın əvəzinə indi Alexa, Siri və Watson var. Onlar bizim yolda tıxaca düşməməyimizə, alternativ və qısa yollar tapmağımıza kömək edir və ««2001: Kosmik Odissey» filmi neçənci ildə çıxıb?» tipli suallarımıza cavab verir.
Buna da bax: Hollivudun ən çox tələbat olan 10 aktyoruSüni zəka dəyişkən və fərqlidir. Ekspert Ervin Patel hesab edir ki, süni zəkanın əyləncə sahəsinə fundamental təsiri olacaq. Onun sözlərinə görə, süni zəka bizim TV və filmlərə necə baxmağımızı dəyişdirəcək.
Süni zəka bizim üçün nələri edəcək
O, bizim kontenti DVR və s. cihazlara daxil edərək uyğun vaxtda baxmağımıza son qoyacaq. Çünki nəyə baxmaq istədiyimizi biləcək və bizə aid bütün kontenti - biz ondan bunu istəməsək belə - özü növbə ilə düzəcək. O, təkcə bu vaxta qədər nələrə baxdığımızı yox, həm də dostlarımızın maraqla izlədiyi şeyləri bizə təklif edəcək.
Süni zəka indi bildiyimiz anlamda reklama son qoyaraq gələcəkdə onun hədəfə necə çatdırılmasını əsaslı dəyişəcək. Gələcəkdə süni zəka reklamı birbaşa sizin izlədiyiniz kontentin içərisinə «hörəcək».
Buna da bax: Gəlirli filmlərin düsturunu tapıblarSevdiyiniz film və TV personajları sevdiyiniz içkini içəcək, arzuladığınız maşını sürəcək və məhz sizin üçün nəzərdə tutulmuş məhsulları reklam edən bilbordların yanından keçəcək. Reklamçılar süni zəkadan fərdi tamaşaçıları hədəfləmək üçün yararlanacaq, üstəlik, gördükləri işin və qoyduqları sərmayənin nə dərəcədə bəhrə verdiyini izləyə biləcəklər.
Süni zəka istifadəçilərin özlərinin yaratdığı kontentin toplusunu avtomatik yarada biləcək. Bu isə personalizasiyanı növbəti səviyyəyə çıxaracaq. Gələcəkdə süni zəka, sadəcə, sizin üçün real vaxtda fərdi kurasiya olunan strim-kontent hazırlaya biləcək. Gündəlik idman xəbərlərində ən çox izlədiyiniz idman növləri, komanda və oyunçular haqda yeniliklər olacaq. Sevmədiyiniz sahələrdənsə az miqdarda xəbər əlavə olunacaq ki, yeni sahələri də araşdırmaq imkanınız olsun. Zaman keçdikcə, şəxsi maraqlarınız genişlənib böyüdükcə, süni zəka kontenti bu dəyişikliyə uyğunlaşdıracaq.
Buna da bax: 'Qara cəngavər' Hollivud filmlərini necə dəyişdiO, sadəcə, sizin üçün əyləncə kontenti (mahnılar, personajlar, şoular və s.) hazırlaya biləcək. Söhbət yalnız dar tamaşaçı auditoriyası üçün nəzərdə tutulan tamamilə yeni kontentdən gedir. Süni zəka artıq bu gün heyrətamiz musiqi və poeziya yarada bilir. Onun maraqlı kompüter animasiyası və vizual effektlər yaratmaq imkanları isə real vaxtda kiçik qrupları və hətta fərdləri hədəfləyən maraqlı hekayələr yaratmasını da mümkün edəcək. A.Patel hesab edir ki, o gün çox yaxındadır.
«2001: Kosmik Odissey» filminin ekranlara çıxmasından bəri çox şey dəyişsə də, insanın daha da irəli getmək mücadiləsi dəyişməyib. Süni zəka bu məsələdə əsas rolu oynayacaq. Reallıq Kubrikin fantastik filmində təsvir olunanlarla tam üst-üstə düşməsə də, bizim filmləri süni zəkanın timsalında qabaqcıl texnologiyaların yaxından iştirakı ilə izləməmiz çox yaxın zamanda baş verəcək.