Əfqanıstanda Talibanın təhlükəsizlik qüvvələri, qadınların universitetlərdə təhsil almasının qadağanına qarşı keçirdikləri etiraz aksiyasını zorakılıqla dağıdıb və bir neçə qadını həbs edib.
Taliban hökuməti qadınların universitetlərdə təhsil almasını qadağan etmək qərarını dekabrın 20-də elan etmişdi.
Buna da bax: Taliban qadınların universitetdə oxumasını qadağan edirTalibanın bu addımı dərhal beynəlxalq icma və BMT tərəfindən kəskin pislənib.
Dekabrın 22-də 50-dək hicablı və maskalı qadın paytaxt Kabildə toplaşaraq sözü gedən qərara etiraz bildirmək istəyirdi.
Onların əllərində plakatlar vardı və etirazçılardan bəziləri şüarlar səsləndirirdilər.
Lakin təhlükəsizlik qüvvələri Əfqanıstanın ən prestijli təhsil müəssisəsi olan Kabil Universitetinin qarşısında toplaşmağa cəhd edən qadınlara hücum edib.
Buna da bax: Əfqanıstanda ata 10 yaşlı qızını 4 min dollara satıb“Nə İslama uyğundur, nə də insanlığa”
Aksiyada iştirak edən Bəsirə adlı qadın AzadlıqRadiosuna deyib ki, təhlükəsizlik qüvvələri iştirakçılardan bəzilərini döyərək aparıblar.
Şahidin sözlərinə görə digər qadınlar qaça biliblər. Bəzi məlumatlara görə aksiyanı izləyən jurnalistlər də saxlanıb.
Şəhla Arefi adlı başqa bir etirazçı isə iddia edib ki, təhlükəsizlik qüvvələrinin üzvü olan qadın xəffiyələr etirazçıların arasına soxulublarmış.
Onlar qaçamağa çalışan etirazçıların saxlanmasında təhlükəsizlik qüvvələrinə kömək ediblər.
Buna da bax: İranda etirazçıları müdafiə edən azı 44 vəkil həbs olunubTaliban hökuməti hələki bu xəbərlə bağlı heç bir şərh verməyib.
Dekabrın 22-də Türkiyə və Səudiyyə Ərəbistanı da Talibanın universitet qadağanına kəskin etiraz edən ölkələrin sırasına qoşulublar.
Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu yəmənli həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında deyib ki, bu qadağan “nə İslama, nə də insanlığa uyğundur”.
Çavuşoğlu Taliban hökumətini qadağan qərarını dəyişməyə çağırıb.
Sizin brauzer HTML5-i dəstəkləmir
“Təəccüb və təəssüf”
Son vaxtlaradək qadınların azadlığına sərt məhdudiyyətlər qoyan, lakin indi onlara bir sıra azadlıqlar verən Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi Talibanın qərarından “təəccüb və təəssüf” ifadə edib.
Nazirlik bildirib ki, qadınların universitet təhsili almasının qadağan olunması bütün İslam ölkələrində heyrət doğurub.
Dekabrın 21-də BMT-nin Əfqanıstandakı Yardım Missiyası Talibanı qadağan qərarını dərhal geri götürməyə çağırıb.
Buna da bax: Rusiya və İran sanksiyalardan yan keçmək üçün Xəzər yolu qurublarTaliban hökuməti ilə təmaslarını saxlayan Qətər də qadağan qərarını pisləyib.
Kriketin populyar olduğu Əfqanıstanda bir sıra məşhur kriketçilər Talibanın qərarını pisləyiblər.
Dekabrın 21-də ölkənin şərqindəki Nanqarhar Universitetində tələbə oğlanlar qızlarla həmrəylik ifadəsi olaraq imtahanlarda iştirakdan imtina ediblər.