Tofiq Yaqubludan xəbər var

Sizin brauzer HTML5-i dəstəkləmir

Tofiq Yaqublu barədə üç aylıq həbs qətiimkan tədbiri seçildi

Milli Şuranın və Müsavat Partiyasının həbsdə olan üzvü Tofiq Yaqublu haqqında ittiham aktı artıq hazırdır və cinayət işi məhkəməyə göndərilir. Bu barədə AzadlıqRadiosuna onun vəkili Nemət Kərimli məlumat verib.

Vəkil bildirib ki, iyulun 13-də ittiham aktı ona da təqdim olunub.

"Cinayət işi sabah məhkəməyə göndərilməlidir. Bu işə Nizami Rayon Məhkəməsində baxılacaq. Qanuna görə, iş məhkəməyə daxil olandan sonra 15 gün ərzində hazırlıq iclası keçirilməlidir. Koronavirusun yayılmasının qarşısını almaq məqsədilə iyulun 20-nə qədər Bakıda təxirəsalınmaz proseslər istisna olmaqla, məhkəmələr təxirə salınıb", – N.Kərimli bildirib.

Buna da bax: Tofiq Yaqubluya işgəncə verildiyini dediyinə görə vəkilə xəbərdarlıq

T.Yaqublu haqqında ibtidai istintaq dövrü üçün seçilmiş həbs-qətimkan tədbirinin müddəti avqustun 18-də başa çatır. O vaxta qədər məhkəməsi keçirilməlidir.

Xatırlatma

T.Yaqublu martın 22-də tutulub, ertəsi gün Nizami Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasında iddia olunur ki, Nizami rayonu, "8-ci kilometr bazarı"nın yaxınlığında T.Yaqublunun idarə etdiyi "Toyota Corolla" markalı avtomobil Elxan Cəbrayılovun idarə etdiyi "VAZ-2107" ilə toqquşub: "Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib".

Buna da bax: T.Yaqublu: 'İndiki kimi absurd, vicdansız suçlama ilə üzləşməmişdim'

T.Yaqublunun ittiham olunduğu CM-in 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsində 2 ildən 6 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Amma T.Yaqublu özünü təqsirli bilmir və sifarişlə ona qarşı təxribat törədildiyini deyir. O, saxlanmamışdan öncə - martın 22-də Facebook səhifəsində məlumat paylaşaraq ciddi təxribatla üzləşdiyini vurğulamışdı: ""8-ci kilometr bazarı"nda park halındakı maşınımı qəsdən, nümayişkaranə şəkildə vurdular və üstümə hücum etdilər. Öyrədilmiş adamlardır".

T.Yaqublu haqqında həbs qərarı verilərkən məhkəmədə də bildirib ki, baş verənləri o, telefonuyla çəkmişdi. Amma həqiqəti gizlətmək üçün polis idarəsində onun telefonunu yoldaşından alıblar və geri qaytarmayıblar.