Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev noyabrın 5-də dövlət başçısının səlahiyyətlərini məhdudlaşdıran bir sıra qanunlar imzalayıb.
Sözügedən qanunlar paketi bu ilin iyununda Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı keçirilən respublika referendumunun nəticəsi olaraq qəbul edilib.
Buna da bax: Azərbaycanda 'TikTok'-un fəaliyyəti bərpa olunubDəyişikliklər prezidentin yerli icra hakimiyyəti orqanlarına münasibətdə müəyyən səlahiyyətlərinin azaldılmasını nəzərdə tutur (indi prezident şəhər və rayon rəhbərlərini yalnız yerli deputatların razılığı ilə təyin edə biləcək).
Parlamentdə “prezident kvotası” azaldılır, prezidentlik dövründə müəyyən məhdudiyyətlər qoyulur. Prezidentə siyasi partiyalara üzv olmaq, dövlət başçısının yaxın qohumlarına isə kvazi-dövlət sektorunda siyasi vəzifələr və rəhbər vəzifələr tutmaq qadağan edilib.
Buna da bax: İran Rusiyaya dronlar göndərdiyini ilk dəfə etiraf edibBundan əlavə, 2023-cü il yanvarın 1-dən Qazaxıstanda Konstitusiya Məhkəməsi fəaliyyətə başlayacaq. Yeni qanunlar İnsan Hüquqları üzrə Müvəkkilin statusunu, səlahiyyətlərini, müstəqilliyinin təminatlarını müəyyən edir. Baş prokurorun insan hüquqları funksiyası da gücləndirilir.