Toylara icazə verilə bilər

Sizin brauzer HTML5-i dəstəkləmir

Toy musiqiçiləri işsiz qalıb...

"Açıq hava şəraitində toyların keçirilməsi müzakirə olunur". Bunu APA-ya açıqlamasında Prezidentin köməkçisi Şahmar Mövsümov deyib.

Ş.Mövsümov bildirib ki, hazırda COVID-19 infeksiyası ilə bağlı Azərbaycanda vəziyyət stabildir: "Ölkədə vəziyyət daha da yaxşılaşmaya doğru gedir. Bununla belə, ölkədən fərqli olaraq, dünyada COVID-19-la bağlı vəziyyət ürəkaçan deyil. Bəzi ölkələrdə pandemiyanın ikinci, üçüncü dalğası başlayıb. Buna görə də müzakirələr ümumi vəziyyət nəzərə alınaraq aparılır".

Prezidentin köməkçisi qeyd edib ki, açıq hava şəraitində müəyyən sayda insanın iştirakı ilə toy mərasimlərinin keçirilməsi ehtimalı var: "Bununla bağlı da müzakirələr davam etdirilir".

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 3.8 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.