Gərginliyin azaldırması və hərtərəfli tənzimləmə üçün Azərbaycana və Ermənistana təmkin və güclü siyasi iradə lazımdır.
AzadlıqRadiosunun Erməni xidməti – Azatutyunun məlumatına görə bunu ötən həftə Bakıya səfərinin ardınca Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Twitter mikrobloqunda yazıb.
O qeyd edir ki, çətinliklər aradan qaldırılmayıb.
Klaar Azərbaycan prezidenti İlham Əliyevin Avropa İttifaqının formatına sadiq qalmasının əhəmiyyətini vurğulayıb.
Klaar Bakıya noyabrın 25-də səfər etmişdi. Danışıqlar zamanı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması, sülh müqaviləsinin imzalanması, danışıqlar prosesi, sərhədin delimitasiyası barədə 3 noyabr Brüssel danışıqlarının nəticələrinə dair fikir mübadiləsi aparılıb.
Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi nümayəndə Ermənistana son dəfə oktyabrın 29-da səfər etrmişdi.
Buna da bax: 'Hökumət başa düşür ki, Venesiya Komissiyasına müraciət etsə, neqativ rəy alacaq'Xatırlatma
Azərbaycan 2020-ci ildə 44 günlük müharibə nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarətini bərpa edib.
Təmas xəttinə və Laçın dəhlizinə Rusiya hərbçiləri yerləşdirilib.
1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.
1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.