İnqilabçı Lev Trotskinin nəvəsi Esteban Volkov 97 yaşında Mexikoda vəfat edib. O, Trotskinin qətlə yetrilməsinin sağ qalan sonuncu şahidi idi.
1926-cı ildə anadan olan Esteban (Vsevolod)Volkov 1937-ci ildə babası Trorski ilə Türkiyədən Mekskaya köçüb. (Esteben Volkov Trorskinin böyük qızı Zinaida Bronşteynin övladıdır. Zinaida Bronşteyn 1933-cü ildə intihar edib). O, Meksikada Vsevolod Volkov adını dəyişərək Esteban qoyub.
Buna da bax: Rusiya inqilabın 100 illiyini niyə “Trotski” filmi ilə qeyd edir?Volkov babasına qarşı bir neçə sui-qəsd cəhdinin və onun 1940-cı ildə Meksikalı NKVD agenti Ramon Merkader (İspaniya ordusunun 27 yaşlı mayoru olmuş Roman Merkader tötərdiyi qətl hadisəsindən 20 il sonra Lenin ordeni və Sovet İttifaqı Qəhrəmanı Qızıl Ulduzu ilə təltif edilib. )tərəfindən öldürülməsinin şahidi olub. O, babasının yaşadığı evdə muzey, eyni zamanda Trotski Araşdırma və Nəşr Mərkəzini yaradıb.
Trotskiyə qarşı sonuncu sui-qəsd 1940-cı il avqustun 20-də olub və o aldığı xəsarətlərdən bir gün sonra vəfat edib. Onun Meksikada şəxsən Stalinin əmri ilə öldürüldüyü bildirilir.
2017-ci ildə Rusiyanın Birinci Kanalı rejissor Aleksandr Kott və Konstantin Stavskinin çəkdiyi “Trotski” serialını yayımlayıb. 2019-cu ildə serialı Netflix alandan sonra Esteban Volkov açıq məktub yazaraq serialın süjetini ətraflı təhlil edib və filmdə çoxsaylı qeyri-dəqiqliklərin və saxtakarlıqların olduğunu bildirib.
Buna da bax: Maksim Qorkinin beynini niyə çıxarmışdılar?..