►Xaricdə, bölgələrdə, yoxsa evdə?
Novruz bayramına görə Azərbaycanda 9 gün iş olmayacaq. Turzim şirkətləri də 9 günlük istirahəti evdə deyil, kənarda keçirmək istəyənlərə ucuz- baha müxtəlif paketlər təklif edir. Bu paketlər daha çox ölkə içindəki istirahət məkanlarını əhatələyir.
Sizin brauzer HTML5-i dəstəkləmir
19 manata Şahdağ, 25 manata Qəbələ-Lahıc...
“AFN Travel” şirkəti avtobusla Qəbələ-Lahıc turunu 25 manata təklif edir. Bu, bir günlük istirahətin qiymətidir. 5 yaşa qədər uşaqların pulsuz aparıldığı tura nəqliyyat, səhər yeməyi, çay süfrəsi, ekskursiyalar daxildir.
Eyni şərtlərlə Qəbələ-Şəki turunun qiyməti 23 manat, Gəncə-Göy Göl turu 29 manat, Quba –Şahdağ turu isə 19 manatdır.
İlin bütün fəsillərində əhalinin istirahət üçün ən çox üz tutduğu bölgələrdən biri də Quba –Qusardır. Quba Turizm İnformasiya Mərkəzi mütəxəssisi Tural Məmmədov deyir, ikinci devalvasiyadan sonra bölgədəki otellər və istirahət yerləri qiymətləri də salıb, endirimlər də edib. İndi müştəri azdır, ancaq yaya daha çox turist gözləyirlər:
“İndi yerli otellərin Novruz təklifləri var. Əgər əvvəl otellərdə qiymət 120 manat idisə, indi 90 manatdır, bir gecə, iki adamlıqdır. Bura səhər yeməyi də daxildir. Elə otel də var ki, üç gün istirahət edən müştəriyə 1 gün hədiyyə edilir, 10 faizlik endirimlər də var. Qubada bəzi otellər ikiqat endirimlər edir. 40 manatlıq nömrələr 19 manata olub”.
Xınalıq 80, Qoşqar Zirvəsi 100 manata
“Turizm.az” şirkəti bir günlük Bakı-Qusar turunu 26 manata, martın 22-23-də Xınalıq – Qrız ekoturunu 80 manata təklif edir. Bura kənd evlərində dincəlmək, 3 dəfə yemək, bələdçi, fotoçəkiliş daxildir. Martın 25-26-na, eyni şərtlərlə təklif olunan Qoşqar Zirvəsi turunun qiyməti bir adam üçün 100 manatdır.
Yerli turlarla maraqlanan Səfər Əliyevin fikrincə, bu qiymətlər elə də ucuz deyil:
“Bir günə 100 manat bahadır. Mən təyyarə ilə gedib Novruz istirahətini bir həftə Türkiyədə keçirəcəyəm. Mənə 500 manata başa gələcək. İndi orada qiymətlər daha da ucuzlaşıb. Bizimkilər isə həmişə kimi bəh-bəhlə təqdim etsələr də, yenə bahadır”.
Xarici turlar bahalaşıb
Novruz istirahəti ilə bağlı şirkətlər xarici turlar da təklif edir. Şirkət nümayəndələri deyir, xarici turların qiymətləri çox bahalaşıb. Müştəri cəlb eləmək isə asan deyil.
____________________________________________________________
Bunlara da bax:
-
Facebook profillərini 5 dəqiqəyə ələ keçirmək olurmuş
-
Xədicə İsmayılovanın tərcümə etdiyi kitabın təqdimatı olacaq
____________________________________________________________
“Xəzər Travel” Novruz bayramına özəl 7 gecəlik Honk Konq+Maao turunu 1550 dollara, “E&C Travel” şirkəti isə 3 gecə 4 günlük Bakı-İstanbul turunu 242 avroya təqdim edir. Turizm.az şirkətinin Budapeşt-Vyana-Bratislava turunun qiyməti 590 avrodur. Səfər bu qiymətə Bakıdan yox, Kutaisidən gerçəkləşdirilir. Yenə Kutaisidən Polşa-Çexiya-Almaniya-Gürcüstan qrup turu 590 avroyadır.
“Vector” turizm şirkətinin əməkdaşı Xanım Əliyeva əlverişli paket kimi avtobusla Kapodokiya-Tbilisi turlarının olduğunu bildirir:
“Novruz bayramı ilə bağlı martın 19-dan 26-a qədər Kapodokiya-Batumi-Tbilisi turu təklif edirik. Avtobus turudur, Bakıdan yola düşür. Bir adam üçün qiymət 215 dollardır. 3 gün Kapodokiyada, 2 gün Batumidə qalırlar, Tbilisidə ekskursiyalar, qidalanma, hər şey daxildir”.
“Gürcüstan daha ucuzdur”
Bəs, Bakı sakinləri Novruz istirahətini harada keçirməyə üstünlük verirlər? Fikrini soruşduğumuz sakinlərin çoxu evdə olacaqlarını desə də, Azərbaycanın rayonlarında, xarici ölkələrdə dincəlməyi planlayanlar da var:
– Qubaya gedəcəyəm. Soyuq da olsa, təbiətin öz ləzzəti var. Bir günü 40 manata qalmaq olar.
– Xaricə getmək istəyərdim. Çünki bizdə qiymət ucuz deyil, bir həftə vaxt da var. Ancaq cibim imkan vermir.
– İstəyir Azərbaycanda olsun, istəyir xaricdə. Normal insan vaxt tapan kimi dincəlməlidir. Vaxt var, pul yoxdur.
– Gürcüstana gedəcəyəm, Türkiyəyə də getmək olardı. Ancaq Gürcüstan daha ucuzdur.
– Azərbaycanın dincəlmək üçün çox gözəl bölgələri var. Pul tapsam, gedəcəyəm.
Xaricə əvvəlki kimi turist göndərə bilmirlər
“Səyyah.az” saytının redaktoru Əli Əhmədovun sözlərincə, ikinci devalvasiyadan sonra xarcici ölkələrdə istirahət çox bahalaşdığından turizm şirkətləri indi daha çox orta büdcə təklifləri irəli sürür:
Sizin brauzer HTML5-i dəstəkləmir
“Turizm şirkətləri xaricə əvvəlki kimi turist göndərə bilmirlər. Dollarla, avro ilə hesablandığına görə, devalvasiyadan sonra xarici turlar bahalaşıb. Elə qrup var ki, istənilən qiymətə gedib xaricdə istirahət edəcəklər. Bir qrup da var ki, qiymət bahalaşandan sonra xaricə getməyə imkanı çatmır, ya da o qədər pul xərcləmək istəmir. Onlar ölkəiçi səyahətə üstünlük verməyə başlayıblar. Turizm şirkətləri də bu kontingent üçün yaxşı təkliflər irəli sürməyə başlayıblar”.
Əli Əhmədov deyir ki, bölgələrdəki otellər, istirahət mərkəzləri də müştəri qıtlığına görə qiyməti salır. Quba, Qusar, Şəki, Qəbələ, İsmayıllı isə əsas turizm istiqamətləri kimi qalmaqdadır.
Buna da bax:
Sizin brauzer HTML5-i dəstəkləmir