Türkiyənin Antaliya vilayətində tüğyan edən yanğnlarda ölən və xəsarət alanlar var.
Reütersin iyulun 29-da verdiyi məlumata görə yanğn nəticəsində azı 1 nəfər ölüb, 10 nəfərinsə ətraf aləmdən təcrid vəziyyətə düşüb.
Xeyli tikili və evin yandığı bildirilir.
Reütersin məlumatına görə, iyulun 28-dən başlayan yanğın artıq 10 hektarlarla meşə sahələrinə yayılıb.
Güclü külək əsdiyindən yanğın artıq kurort şəhəri olan Manavqvatın məhəllələrinə çatıb.
Yerli meriyanın məlumatına görə, yanğın təxminən eyni anda şəhərin 4 məhəlləsindən başlayıb və alov artıq şəhərin mərkəzi hissəsinə çatıb.
Xeyli ev və ofislərin yandığını xəbər verir. Hələlik şəhərdə itkilər və ya xəsarət alanlar barədə məlumat yoxdur.
Manavqat şəhəri Antaliyanın 75 kilometrliyində yerləşir.
Yerli hakimiyyət Antaliyada 18 kənd və rayondan əhalini evakuasiya edib. Qonşu Adana və Mersin əyalətlərində də azı 16 kəndin evakuasiya edildiyi bildirilir.
Azı bir kəndin tamamilə məhv olduğu bildirilir.
Türkiyənin Kənd Təsərrüfatı naziri Bekir Pakdemirli bildirib ki,
Alovla mübarizəyə yüzdən çox nəqliyat vasitəsi, , 400-dən çox canlı qüvvə, həmçinin azı 19 helikopter və təyyarələr cəlb edilib.
Qonşu əyalətlərdən də yardım istənilib.
Yanğınsöndürənlər Antaliya-Alanya yolunun üstündəki yanacaqdoldurma məntəqəsini alovdan qorya biliblər.
Türkiyə prezidenti Rəcəb Tayyip Erdoğan bildirib ki, yanğını mümkün qədər tez söndürməyə çalışacaqlar və hökumət ziyan dəymiş hərbi kəsə kompensasiya ödəyəcək.
Region rəhbərliyi indiyədək belə böyük yanğınla üzləşmədiklərini deyir.
Hələlik çimərliklərə birbaşa təhlükə olmadığı bildirilir, amma ətraf tüstü içindədir.
Yanğınların hansı səbəbdən baş verdiyi hələlik bəlli deyil.
Amma ilkin ehtimal kimi bunun görünməmiş istilər və küləklə bağlı olduğu nəzərdən keçirilir.
Türkiyə prokurorluğu faktla bağlı araşdırma aparır.