Türkiyədə illik inflyasiya son 19 ildə ən yüksək səviyyəyə çatıb. Bu gün – yanvarın 3-də ölkənin statistika qurumunun açıqladığı datada istehlakçı qiymətlərinin 36.08% artdığı görünür. Buraya nəqliyyat, yemək, içki kimi xidmət və mallar daxildir.
Buna da bax: Türkiyədən Avropaya miqrant göstərisi – Qərb mediasıAya 13.58%-lik yüksəliş
Türkiyə Statistika İnstitutu təkcə dekabrda İstehlakçı Qiymətləri İndeksinin (İQİ) nadir hal sayılan ikirəqəmli həddə – 13.58%-ə çatdığını bildirir.
Ölkənin mərkəzi bankı uçot dərəcəsini ümumilikdə 500 bənd azaldınca lirə xeyli ucuzlaşıb. Dekabrın 20-də isə bir dollar 18 lirəyə bərabərləşib. İlin əvvəlində isə 7 lirə yarım olub.
Ümumilikdə lirə ötən il 44% dəyər itirib.
Prezident Receb Tayyib Ərdoğan faiz dərəcəsinin salınmasının inflyasiyanı cilovlayacağını deyir. O, son iki ildə mərkəzi bank sədrini və maliyyə nazirlərini bir neçə dəfə dəyişib.
Buna da bax: Ekspert: 2021 yadda həm də yoxsulluq və işsizliyin artması ilə qalacaqİnflyasiya gözləntisi
Müxalifət prezidenti iqtisadi səriştəsizlikdə suçlayır, erkən seçkilər tələb edir. Ərdoğan ittihamları rədd edərək seçkilərin plan üzrə – 2023-cü ilin iyununda keçiriləcəyini deyir.
“Reuters”ə danışan bir iqtisadçı yazadək monetar siyasət dərhal dəyişdirilməzsə, inflyasiyanın 50%-dək yüksələcəyini proqnozlaşdırıb.
“Dərəcələr təcili və kəskin artırılmalıdır, çünki bu vacibdir”, – İstanbulda yerləşən “Spinn Consulting”in təsisçi tərəfdaşı Ozlem Derici Sengul deyib.
Onun fikrincə, mərkəzi bank buna getməyəcək və illik inflyasiya “martacan 40-50%-ə çata bilər”.
2002-ci ilin sentyabrında ölkədə illik İQİ ən yüksək həddə – 37.0%-ə çatmışdı. İki ay sonra Ərdoğının AK Partiyası hakimiyyətə gəldi.