Ahmet Davutoglu rus pilotu haqda danışıb

Ahmet Davutoglu

-

Noyabrın 24-də Türkiyənin vurduğu Rusiya təyyarəsinin pilotunun cəsədi Türkiyədədir. Bunu noyabrın 29-da Bürüsselə getməmişdən əvvəl baş nazir Ahmed Davudoğlu aeroportda mediaya bildirib.

Davudoğlu bildirib ki, rus pilotin cənazəsi gecə 01.00-da sərhəddə Türkiyəyə verilib. Bu gün Rusiya nümayəndəsi Hataya gələcək və meyit təhvil veriləcək. ​

Noyabrın 24-də Türkiyə Rusiyanın Su-24 bombardmançı təyyarəsini vurub.

Türkiyə Rusiya təyyarəsinin hava məkanını pozduğu, xəbərdarlıqlara məhəl qoymadığı üçün vurulduğunu deyir. Sağ qalan pilot Konstantin Murakhtin isə onlara heç bir xəbərdarlıq edilmədiyini bildirir.