Türkiyə hakimiyyəti indi də Telegram-ı bloklamaqla hədələyir

Telegram

Türkiyə hakimiyyəti Telegram messencerini rəsmi sorğuları gözardı etməyə davam edərsə, bloklamaqla hədələyib. "Daily Sabah" qəzeti yazır ki, hakimiyyət messencerdə qanunsuz saydığı kontentlə bağlı mindən çox sorğu göndərib.

Telegram-dan tələb edilir ki, narkotik ticarəti, uşaqlara qarşı cinsi zorakılıq, fahişəlik, azart oyunlarla bağlı kanalların administratorları və iştirakçıları barəsində informasiyanı açıqlasın. Qeyd edilir ki, tənzimləyici orqan azı min məktub göndərsə də, messencer onları cavablandırmayıb.

"Daily Sabah" yazır ki, informasiya dərc olunanda messencer bunu şərh etməyib.

Türkiyənin rəsmi orqanı və polisin məktubları Telegram-ın İngiltərədəki ofisinə göndərdiyi qeyd edilir. Amma Telegram Britaniya ofisini bağlayıb, BƏƏ-də yerləşir.

Türkiyə avqustun 2-də Instagram sosial şəbəkəsini bloklayıb, avqustun 10-da blok qaldırılıb.

Ölkənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu X sosial platformasında yazıb ki, Instagram təmsilçiləri hökumətə istifadəçilərə münasibətdə senzura üzərində birlikdə işləməyi vəd ediblər.