Türkmənistanda sürücülük vəsiqəsi əldə etmək istəyən qadınlar üçün yeni qaydaların müəyyən edildiyi bildirilir.
Bu barədə "Türkmen. neyus"a istinadla AzadlıqRadiosunun türkmən xidməti məlumat yayıb.
Buna da bax: 1.5 milyard dollarlıq Arkadağda kimlər yaşayacaqMəlumatda qeyd olunur ki, yeni qaydalara görə, avtomobil sürmək istəyən qadınlardan nigah haqqında şəhadətnamə və iş yerindən arayış tələb olunur.
Bundan başqa qeyri -rəsmi olaraq bu məsələdə qadınlara yaş həddinin tətbiq olunduğu da bildirilir və qeyd olunur ki, Türkmənistanda avtomobil sürmək istəyən qadının yaşı 40-dan aşağı olmalıdır.
Yaş həddi məhdudiyyətindən əlavə qadınlar etibarnamə ilə də avtomobil sürmə bilməzlər. Belə ki, qadının idarə etdiyi avtomobil onun öz adına rəsmiləşdirilməlidir.
Buna da bax: Türkmənistanı hansı Berdiməhəmmədov idarə edir. Birinci ledi...Türkmənistanda sürücülük vəsiqəsi əldə etmək arzusunda olanlardan ümumilikdə 13 sənədin tələb olunduğuğu bildirilir.
Yazıda qeyd olunur ki, Türkmənistan hökuməti ölkədə qadın-kişi bərabərliyinin təmin edilməsi üçün real səylər göstərdiyini bəyan etsə də faktiki bir-neçə ildir türkmən qadınlarının hüquqları ciddi şəkildə məhdudlaşdırır.