►Kəndlilər deyirlər, əkin-biçinin qızğın vaxtı əkin sahələrinə gedən yol bir nəfərə görə bağlanıb
Ucarın Lək kəndinin sakinləri AzadlıqRadiosuna yazırlar ki, Lək kənd 1№ li tam orta məktəbin direktor müavini Əli Qasımovun mal-qarası əhaliyə məxsus əkin sahələrində otlayır.
Onların şikayətlərindən sonra kənd bələdiyyəsi və icra nümayəndəsi mal-qaranın qarşısını almaqdan ötrü əkin sahələrinə gedən yola sədd çəkiblər. Ancaq əziyyətini mal-qara sahibindən çox kəndlilər çəkir:
“HAMININ İSTİFADƏ ETDİYİ YOLDUR”
“Əli Qasımovun öhdəsindən heç kəs gələ bilmir. Onun ucbatından yüzlərlə sakin əziyyətin içindədir. Lək və qonşu Qazyan kənd sakinlərinə aqrar islahatlar zamanı verilmiş 350 hektara yaxın torpaq sahəsinə getməyə yeganə yol var ki, həmin yolu Qazyan kənd bələdiyyəsi və icra nümayəndəsi bağlayıb. Səbəbsə Əli Qasımovun mal-qarasının kənd sakinlərinə məxsus əkin sahəsində otarılmasıdır. Bələdiyyə sədri və icra nümayəndəsi bunun qarşısını almaqdan ötrü hamının gündəlik istifadə etdiyi yolu bağlayıb”.
Sakinlər hesab edirlər ki, əkin sahəsini Əli müəllimin mal-qarasından qorumağın yolu bu deyil. Onlar mal-qara sahibinin qanun çərçivəsində xəbərdarlıq olunmasını, bundan da kar aşmasa, inzibati cəzalandırılmasını istəyirlər.
____________________________________________________________
Bunlara da bax:
Rusiya şərti olaraq çempionatdan xaric edildi
Müraciətə baxmayanlara cərimə
____________________________________________________________
“YOLU BAĞLAMAQ NƏDİR?”
“Əkin-biçinin qızğın vaxtında yolu bağlayıblar ki, iş bilmişik”, deyə sakinlər yazırlar ki, məsələdən sahə müvəkkili də xəbərdardır. Ancaq nəticə yoxdur.
Ucarın icra hakimiyyətindən bildirilib ki, Ləkdə əkin sahələrinə gedən yolun bağlanması ilə əlaqədar quruma müraciət olunmayıb. Ancaq qurum məsələni diqqətdə saxlayacaq:
“Sakinlərin istifadə etdikləri yolu bağlamaq nədir? Kənddəki nümayəndəmizlə danışıb məsələni araşdıracağıq”.
Buna da bax: Ağacların kəsilməsinə etiraz edənlər yolu bağladı
Sizin brauzer HTML5-i dəstəkləmir