Separatçıların komandiri «BUK» komplekslərinin olduğunu etiraf edir
Sizin brauzer HTML5-i dəstəkləmir
İyulun 22-də «Reuters»ə müsahibəsində Rusiyayönlü separatçıların komandiri Aleksandr Khodakovsky onlarda «Buk» zenit-raket kompleksinin olduğunu etiraf edib. O, Malayziyaya məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə eyni vaxtda Luqansk ərazisindən «Buk»un gətirildiyini eşitdiyini deyib. Malayziyaya məxsus sərnişin təyyarəsinin «Buk»la vurulduğu güman olunur. Bir qədər sonra Khodakovsky «Reuters»ə «Buk»la bağlı dediklərini təkzib edib.