Rusiyanın Ukraynaya qarşı işğalı başlayandan bəri 2500-3000 arasında ukraynalı hərbçi həlak olub.
Bunu CNN telekanalına müsahibəsində Ukrayna prezidenti Vladimir Zelenski deyib.
Prezident yaralı hərbçilərin sayının 10 minə yaxın olduğunu bildirib. Döyüşən tərəflər indiyədək nadir hallarda itkiləri barədə məlumat veriblər. Mart ayında Rusiya Müdafiə Nazirliyi Ukraynada 1500-dən çox hərbçisinin həlak olduğunu etiraf edib.
Ukrayna tərəfi isə müharibə başlayandan bəri Rusiya ordusunun 20 min nəfərə yaxın itki verdiyini bildirir.
Buna da bax: Mariupolda şiddətli döyüşlərin getdiyi xəbər verilirMüharibə dövründə mülki əhali arasında itkilərə bağlı məlumatlara gəlincə, Ukrayna prezidenti dəqiq rəqəm deməyin çətin olduğunu vurğulayıb.
“Mülki əhali haqqında danışmaq çox çətindir, çünki ölkəmizin cənubunda yaşayış məntəqələri və şəhərləri blokadaya salınıb – şərqdə Xerson, Berdyansk, Mariupol və şərqdə Volnovaxanın yerləşdiyi ərazi – biz blokadada olan o ərazilərimizdədə nə qədər adamın həlak olduğunu sadəcə olaraq bilmirik”, - Zelenski bildirib.
Mariupol meri Volodimir Boyçenko “Current Time”a bildirib ki, martın 20-dən sonra kommunal xidmətlər ölənləri dəfn edə bilməyiblər, insanların cəsədləri isə küçədə qalıb.
Onun sözlərinə görə, Rusiyadan yük maşınlarında olan mobil krematoriyalar şəhərə gətirildiyini və bu məlumat Ukrayna kəşfiyyatı tərəfindən təsdiqləndiyin deyib.
Rusiya prezidenti Vladimir Putin fevralın 24-də Ukraynada “xüsusi hərbi əməliyyatın” başlandığını elan edib. Döyüşlər zamanı rus qoşunları Ukraynanın cənubunda Xerson şəhəri ilə yanaşı, Xarkov vilayətində və Donbasda da ərazilərin bir hissəsini işğal ediblər.
Bir müddət sonra Rusiya qoşunları Kiyevdən və Ukraynanın şimalından geri çəkilib.
BMT-nin məlumatına görə, 4,7 milyondan çox ukraynalı ölkəni tərk edib, iki minə yaxın mülki əhali həlak olub.
Buna da bax: Ərinə ‘Ukrayna qadınlarını zorla’ deyən rusiyalı qadın