Ukrayna Almaniyadan 500 kilometrə qədər məsafəni vura biləcək “Taurus” qanadlı raketlərini istəyib. Məlumat Müdafiə Nazirliyindən “Spiegel” nəşrinə təsdiq edilib. Amma Kiyevin nə qədər raket istədiyi açıqlanmır.
Nəşrin yazdığına görə, daha əvvəl Xristian Demokratlar İttifaqının müdafiə üzrə eksperti Roderich Kiesewetter Ukraynanın sözügedən raketlərlə təchiz olunmasının tərəfdarı olduğunu bildirib.
Buna da bax: Britaniyanın müdafiə naziri 'gözlənilmədən' Kiyevə gəlibOnun sözlərinə görə, bu raketlər Ukraynaya “cəbhə xəttindən çox-çox uzaqlarda Rusiya hərbi infrastrukturuna zərbə endirmə” imkanı verərdi. Almaniyanın müdafiə naziri Boris Pistorius isə bu təklifə ehtiyatla reaksiya verib.
"Frankfurter Allgemeine Sonntagszeitung" bu məsələnin mayın əvvəlində Berlində Almaniya kansleri ilə Ukrayna prezidenti arasında müzakirə olunduğunu yazır. .
400 kiloqramlıq döyüş başlığını 500 kilometr məsafəyə çatdıra bilən “Taurus” qanadlı raketi döyüş təyyarəsindən buraxılır .
“Spiegel” on il əvvəl Almaniyanın müdafiə nazirliyi üçün 600-ə yaxın bu raketlərdən alındığını və indi onlardan da 150-yə qədərinin istismara hazır olduğunu vurğulayır.
Buna da bax: Britaniya Ukraynaya uzaqvuran raketlər verirRusiyanın təcavüzündən sonra Ukraynaya daha uzun mənzilli raketlər verməyə başlayan ilk ölkə Böyük Britaniya olub. May ayında Ukrayna bu ölkədən 250 kilometr məsafəni vuru biləcək “Storm Shadow” qanadlı raketlərini alıb.
Buna qədər isə Ukrayna ordusu Qərb ölkələrindən 80 km məsafədəki hədəfləri vura biləcək silahlar alıb.