Bu il Rusiyanın işğalı fonunda Ukrayna iqtisadiyyatında 30 faiz azalma gözlənir. Bu proqnozla mayın 10-da Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) çıxış edib.
Bank martda, müharibə başlanandan dərhal sonra Ukrayna iqtisadiyyatı üçün 20 faizlik azalma proqnozu vermişdi.
Mərakeşdə illik konfransını açan AYİB bu açıqlamaları yayıb.
Buna da bax: Aİ-dən ərzaq böhranı xəbərdarlığı2023-cü ildə isə Ukrayna iqtisadiyyatında 25 faizlik artım gözlənir. Martdakı proqnoz 23 faiz idi.
Rusiyanın blokadası Ukraynanın kənd təsərrüfatı sektoruna ağır zərbə vurub. Ölkə əsas buğda və günəbaxan yağı ixracatçısıdır.
Döyüşlər həmçinin Ukraynadan Avropanın avtomobil istehsalçılarına kabel ixracını dayandırıb.
AYİB Qərbin sanksiyalar tətbiq etdiyi Rusiya iqtisadiyyatının bu il 10 faiz azalacağını, gəlin il isə sıfır artım görəcəyini proqnozlaşdırır. Bu rəqəmlər martdan bəri dəyişməyib.