Azərbaycanda Ukrayna vətəndaşları 3 aydan çox qala bilər

Qeyri-rəsmi məlumatlara görə, Azərbaycanda 10 mindən çox ukraynalı var

“Hazırkı vəziyyətlə əlaqədar olaraq Azərbaycandakı Ukrayna vətəndaşlarının müraciətləri nəzərə alınır”

Bunu Dövlət Miqrasiya Xidmətinin Miqrasiya nəzarəti baş idarəsi, Miqrasiya rejiminə nəzarət şöbəsinin rəisi Rüfət İbrahimov bildirib.

Buna da bax: Almaniya prezidenti Putinin ‘imperiya divanəliyindən’ danışdı

Onun sözlərinə görə, qanunla Ukrayna vətəndaşları Azərbaycanda 90 gün qala bilər:

“Yenə qalma müddəti 90 gündür. Lakin hazırkı vəziyyətlə əlaqədar olaraq Ukrayna vətəndaşlarının müraciətləri nəzərə alınır”.

Qeyri-rəsmi məlumatlara görə, Azərbaycanda 10 mindən çox ukraynalı var.

Amma rəsmi rəqəmlər açıqlanmayıb.

Sizin brauzer HTML5-i dəstəkləmir

Anaları qız uşaqlarını abort etdirməyə məcbur edənlər

Xatırlatma

Bu il fevralın 24-də Rusiya Ukraynaya təcavüz edib. Sonra bu ölkəyə Qərb ölkələrinin sanksiyaları (2014-cü ildə Ukrayna ərazisi olan Krımın ilhaqından sonra Rusiya sanksyalarla üzləşmişdi) genişlənib.

Rusiyanın bir çox bankları SWIFT sistemindən (“Ümumdünya Banklarası Maliyyə Telekommunikasiya Cəmiyyəti” - sərhədlərarası sürətli ödənişləri, beynəlxalq ticarəti mümkün edən təhlükəsiz sistemdir) çıxarılıb.

Azərbaycan isə sanksyalara qoşulmur.

Bu müharibə nəticəsində on minlərlə insanların həlak olduğu, milyonlarla insanın didərgin düşdüyü bildirilir.