Ukrayna oktyabrın 12-də ölkənin cənubundakı Xerson vilayətinin daha beş yaşayış məntəqəsini işğaldan azad etdiyini bildirib.
Xəbər verilir ki, Rusiyanın Ukrayna şəhərlərinə iki gündür davam edən şiddətli raket zərbələrinə baxmayaraq Kiyev əks-hücum əməliyyatlarını uğurla həyata keçirir.
Buna da bax: İşğal olunmuş ərazilərdə Rusiya pasportu alanları Avropaya buraxmayacaqlarPrezident Volodimir Zelenskinin ofisi gündəlik hesabatında bildirir:
"Ukrayna Silahlı Qüvvələri Xerson regionunda Novovasilivka, Novohrihorivka, Nova Kamyanka, Trifonivka və Çervone qəsəbələrini işğaldan azad edib. Düşmən bütün cəbhə boyunca əks-hücumumuzun qarşısını almaq üçün hərbi birliklərimizin mövqelərini atəşə tutmaqda davam edir”.
Ukrayna hərbiyyəsi oktyabrın 9-da bildirib ki, ölkənin Silahlı Qüvvələri avqust ayında başlanan əks-hücum əməliyyatlarında Xerson regionunun 1200 kvadrat kilometrini işğaldan azad edib.
Buna da bax: Qazaxıstanda Putinin səfərinə etiraz edirlərBuna baxmayaraq Rusiya oktyabrın 12-də Zaporojye vilayətini və Zaporojye şəhərini raket atəşinə tutmaqda davam edib.
Xəbər verilir ki, Rusiyanın raket zərbələri nəticəsində yaşayış binalarına, habelə inzibati idarələrə ziyan dəyib.
Tələfat haqqında məlumat verilmir.