Bunu "Dailymail"-ə müsahibəsində Böyük Britaniyanın xarici işlər naziri Liz Truss deyib. Trussun sözlərinə görə, Ukrayna ilə bağlı yalan xəbərlərin sayı son bir həftə ərzində bir neçə dəfə artıb.
Xarici işlər naziri qeyd edib ki, Böyük Britaniya yalan iddiaların ifşası üçün çox işlər görüb.
Nümunə kimi, Truss Rusiyanın guya Kiyevdə nəzarət altında olan hökumət qurmağa cəhd etməsi ilə bağlı məlumatları göstərib. Həmin vaxt Rusiya Xarici İşlər Nazirliyi Britaniya tərəfinin mesajını dezinformasiya, Rusiyanın Londondakı səfirliyi isə anekdot xarakterli məlumat adlandırıb.
Truss həmçinin deyib ki, Ukrayna ətrafında baş verənlər Rusiya prezidenti Vladimir Putinin hakimiyyətinə son qoya bilər.
Böyük Britaniyanın baş naziri Boris Conson da BBC-yə müsahibəsində deyib ki, Rusiyanın Ukraynaya ehtimal edilən hücumu halında bu Avropada İkinci Dünya Müharibəsindən bəri ən böyük münaqişə ola bilər. Donbassda vəziyyətin gərginləşməsinə diqqət çəkən Conson ehtimal edir ki, bu hərbi əməliyyatların başlaması üçün ilkin şərt ola bilər.